1983 Beyrut Kazarma Bombalanmasi - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
1983 Beyrut kazarma bombalanması — 23 oktyabr 1983-cü ildə Livan vətəndaş müharibəsi dövründə Beyrutda meydana gələn bombalı hücumudur. Bu hücum nəticəsində 299 Amerika və fransız əsgəri ABŞ və Fransa əsgərlərinin yerləşdirildiyi binaların qarşısında iki bomba yüklü yük maşınının partlaması nəticəsində həyatını itirmişdir. Daha sonra Hizbullah olaraq bilinən İslami Cihad təşkilatı bombalı hücumun məsuliyyətini öz üzərinə götürmüşdür.
Beyrut kazarma bombalanması | |
---|---|
Əsas münaqişə: Livan vətəndaş müharibəsi | |
| |
Ümumi məlumatlar | |
33°49′45″ şm. e. 35°29′41″ ş. u.HGYO | |
Yeri | |
Tarix |
|
Hücum metodu | İntihar hücumu, Bombalı maşın |
Silah(lar) | Bombalı maşın |
Ölü sayı |
241 Amerikan əsgəri 58 Fransız əsgəri 6 mülki 2 intihar hücumçusu |
Yaralı sayı |
|
Terrorist sayı | 2 |
Törədən(lər) | İslami Cihad Hərəkatı |
Vikianbarda əlaqəli mediafayllar |
Nəqliyyat vasitələrindəki partlayıcılar intiharçılar tərəfindən partladılmışdır. ABŞ dəniz piyadaları korpusu kazarmalarına edilən hücumda 220 nəfəri dəniz piyadası, 18 nəfəri dənizçi və 3 nəfəri əsgər olmaqla ümumilikdə 241 Amerika əsgəri öldürüldü, 60-ı yaralandı. ABŞ Dəniz Piyadaları Korpusunun İkinci Dünya Müharibəsindəki İvo Jima döyüşündən bu tərəfə və ABŞ ordusunun Vyetnam müharibəsindəki Tet Hücumunun ilk günündən bu tərəfə bir gün ərzində ən çox əsgər itirdiyi hadisədir. Həmçinin bu hücum İkinci Dünya Müharibəsindən bəri xaricdəki Amerikalılara edilən ən ölümcül hücumdur. Bundan əlavə, binada qapıçı olaraq işləyən yaşlı bir livanlı da ilk partlayışda öldü. İstifadə olunan partlayıcı 5,400 kq ağırlığında TNT-yə bərabər idi.
İki dəqiqə sonra, Fransız əsgərlərinin qaldığı səkkiz mərtəbəli binaya (Fransa "Drakkar" paraşütçü kazarması, Ramlet al Baida, Beyrut) edilən hücumda 58 Fransız paraşütçü öldürüldü, 15 əsgər yaralandı. Bu, Əlcəzair müharibəsinin bitməsindən bəri Fransanın ən ağır hərbi itkisidir. Livanlı qapıçının həyat yoldaşı və binada olan dörd uşağı da hadisə nəticəsində öldü.
Hücumlar 1982-ci ildə İsrailin Livanı işğal etməsindən və Fələstin Azadlıq Təşkilatının geri çəkilməsindən sonra ölkədə yerləşdirilmiş beynəlxalq sülhməramlı qüvvələrin geri çəkilməsinə səbəb oldu.