1981 Avroviziya Mahni Musabiqesi - Wikipedia
1981 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1981; fr. Concours Eurovision de la chanson 1981) — sayca 26-cı Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "What's Another Year" mahnısı ilə 1980 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1981-ci ildə İrlandiya müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində RDS Simmonscourt Pavilion-da keçirilmişdir. Müsabiqə 1981-ci ilin 4 aprel tarixində baş tutmuşdur.
1981 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 4 aprel 1981 |
Aparıcı(lar) | Doyrinn Ni Brayan |
Kanal | RTÉ |
Keçirilən yer | RDS Simmonscourt Pavilion, Dublin, İrlandiya |
Qalib mahnı | Böyük Britaniya "Making Your Mind Up" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 20 |
İlk dəfə iştirak edən ölkələr | Kipr |
Yenidən iştirak edən ölkələr | İsrail Yuqoslaviya |
İştirakdan imtina edən ölkələr | İtaliya Mərakeş |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1980 1982 ► |
1981-ci ildə Kipr adası Avroviziyaya ilk dəfə qoşulmuşdur. Eyni zamanda Yuqoslaviya dörd illik, İsrail isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İsrailin müsabiqəyə geri dönməsi ilə birlikdə Mərakeş etiraz olaraq müsabiqədə iştirakdan imtina etmiş və bir daha Avroviziyaya geri dönməmişdir. Eyni zamanda İtaliya son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1981-də iştirak etməmişdir. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçiləri Bucks Fizz qrupu ifa etdikləri "Making Your Mind Up" adlı mahnı ilə qalib gəlmişdirlər. Bu Böyük Britaniyanın Avroviziyada 26 ildə dördüncü qalibiyyəti idi.
Final
redaktəLüksemburq təmsilçisi Jan-Klod Paskal "Nous les amoureux" adlı mahnı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqa qələbə qazandırmışdır.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
1 | Avstriya | Almanca | Marti Brem | "Wenn du da bist" | Sən orada olanda | 17 | 20 |
2 | Türkiyə | Türkcə | Modern Folk Trio və Ayşəgül | "Dönme Dolap" | Dönmə dolab | 18 | 9 |
3 | Almaniya | Almanca | Lena Valaitis | "Johnny Blue" | Conni Blu | 2 | 132 |
4 | Lüksemburq | Fransızca | Jan-Klod Paskal | "C'est peut-être pas l'Amérique" | Bəli, bura Amerika deyil | 11 | 41 |
5 | İsrail | İvritcə | Hakol Over Habibi | "Halayla" (הלילה) | Bu axşam | 7 | 56 |
6 | Danimarka | Danca | Tommi Seybax və Debbi Kameron | "Krøller eller ej" | Buruqdurlar yoxsa yox | 11 | 41 |
7 | Yuqoslaviya | Boşnakca | Seid Memiç | "Lejla" | Leyla | 15 | 35 |
8 | Finlandiya | Fincə | Riki Sorsa | "Reggae OK" | Reqqi OK | 16 | 27 |
9 | Fransa | Fransızca | Jan Qabilu | "Humanahum" | Humanahum | 3 | 125 |
10 | İspaniya | İspanca | Baçelli | "Y sólo tú" | Və yalnız sən | 14 | 38 |
11 | Niderland | Niderlandca | Linda Uilliams | "Het is een wonder" | Bu bir möcüzədir | 9 | 51 |
12 | İrlandiya | İngiliscə | Sheeba | "Horoscopes" | Bürclər | 5 | 105 |
13 | Norveç | Norveçcə | Finn Kalvik | "Aldri i livet" | Həyatda ola bilməz | 20 | 0 |
14 | Böyük Britaniya | İngiliscə | Bucks Fizz | "Making Your Mind Up" | Qərar vermək | 1 | 136 |
15 | Portuqaliya | Portuqalca | Karlos Payan | "Playback" | Fonoqrama | 18 | 9 |
16 | Belçika | Niderlandca | Emli Starr | "Samson" | Samson | 13 | 40 |
17 | Yunanıstan | Yunanca | Yiannis Dimitras | "Feggari Kalokerino" (Φεγγάρι καλοκαιρινό) |
Yay ayı | 8 | 55 |
18 | Kipr | Yunanca | Island | "Monika" (Μόνικα) | Monika | 6 | 69 |
19 | İsveçrə | İtalyanca | Peter, Syu və Mark | "Io senza te" | Məni Sənsiz | 4 | 121 |
20 | İsveç | İsveçcə | Byörn Skifs | "Fångad i en dröm" | Röyalarda olmaq | 10 | 50 |