1944 Mahni - Wikipedia
1944 — Ukraynanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı və eyni zamanda müsabiqənin qalibi[1].
1944 | |
---|---|
2016 Avroviziya Mahnı Müsabiqəsi mahnısı | |
Ölkə | Ukrayna |
Müğənni(lər) | Camala |
Dillər | ukrayn dili, Krımtatar dili |
Bəstəkar(lar) | Susana Camaladinova |
Sözləri | Susana Camaladinova |
Yarımfinal nəticəsi | |
Yarımfinal | 2-ci yarımfinal |
Yeri | 2-ci |
Xalı | 287 |
Final nəticəsi | |
Yeri | 1-ci |
Xalı | 534 |
Xronologiya | |
◄ Tick-Tock (2014) | |
Time (2017) ► | |
Vikianbarda əlaqəli mediafayllar |
Camala "1944" mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Camalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır. Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi ismarış olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Camala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.
İstinadlar
redaktə- ↑ "Jamala will represent Ukraine in Stockholm!". eurovision.tv. Avropa Yayım İttifaqı. 21 fevral 2016. 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2016.
Əvvəlki: Mariya Yaremçuk "Tick-Tock" |
Ukrayna Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: O.Torvald "Time" |