1944 Film 2015 - Wikipedia
"1944" (est. 1944) — rejissor Elmo Nüqanen tərəfindən lentə alınmış Estoniya hərbi dram filmi. Filmin ilk premyerası Estoniyadan[4] və digər şimal ölkələrindən əvvəl 2015-ci ildə Berlində olmuşdur. Film əcnəbi dildə ən yaxşı film kimi Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatına namizəd olsa da, mükafat qazana bilmədi.[5]
1944 | |
---|---|
est. 1944 | |
Janr |
dram melodram |
Rejissor | Elmo Nüqanen[1] |
Prodüserlər |
İlkka Matila Kristian Taska |
Ssenari müəllifi | Leo Kunnas[2] |
Baş rollarda |
Kaspar Velberq Kristian Yuksüla Mayken Şmidt Gerd Raudsep Kristian Sarv |
Operatorlar |
Reyn Kotov Mart Taniel |
Bəstəkar | Yaak Yurisson |
İstehsalçı | Taska Film |
İlk baxış tarixi | 2015 |
Filmin növü | bədii film |
Müddət | 100 dəqiqə |
Büdcə | 1 500 000 €[3] |
Ölkələr |
Estoniya Finlandiya |
Dil | eston dili |
İl | 2015 |
Rəng | rəngli |
IMDb | ID3213684 |
Film 1944-cü ildə Tannenberq xətti uğrunda gedən döyüşdən (25 iyul – 10 avqust 1944) Sorve yarımadasında baş vermiş Tehumardi döyüşünədək baş vermiş müharibə səhnələrini əks etdirir. Həmçinin film eston əsgərlərinin gözü ilə müharibənin, eləcə də öz həmyerlisinə qarşı döyüşməyin dəhşətlərini göstərir.
Film həm sovet ordusu tərəfindən döyüşən, həm də alman ordusu tərəfindən döyüşən estonların timsalında müharibənin əsl perspektivlərini göstərir.
İlk öncə 1939-cu ildə işğalçı sovet ordusu müharibə etmədən Estoniyanı işğal etdi. Bir çox eston kişilər 1939-cu ildə Stalinin əmri ilə Sibirə sürgün edildi.[6] Bu səbəb ilə yerli xalqın Sovet İttifaqına olan münasibəti onları alman ordusu tərəfindən vuruşmağa vadar etdi. Təsadüfi deyil ki, İkinci dünya müharibəsi dövründə sovet ordusu tərəfindən 55.000 eston vuruşduğu halda, alman ordusu tərəfindən bu rəqəm ən azı 72.000 nəfər idi. Seçimlər tək əsgərlər tərəfindən deyil, həmçinin onların yaxınları tərəfindən edilirdi. Tannenberq xətti uğrunda gedən döyüşlər isə Stalinqrad döyüşündən sonra şərq cəbhəsində baş vermiş ikinci ən qanlı döyüş kimi tarixə düşmüşdür.[6] 1944-cü ilin iyul ayında Tannenberq xətti uğrunda başlanan döyüşlər noyabr ayının sonunda sovet ordusunun Sorve yarımadasını tutması ilə yekunlaşdı. Müharibə bitdikdən sonra isə Nürnberqdə baş tutmuş beynəlxalq hərbi məhkəmənin qərarı əsasında SS qüvvələri terrorçu təşkilat elan edilsə də, Baltik SS qüvvələri bəraət qazanaraq günahsız elan edildi.[6]
Məzmun
redaktəElmo Nüqanenin çəkdiyi bu film müharibədə baş verən hadisləri həm sovet ordusu tərəfindən, həm də alman ordusu tərəfindən vuruşan eston əsgərinin simasında təsvir edir. Filmdəki hadisələr 1944-cü ildə Estoniyada baş verir.
Karl Tammik Uaffen SS könüllüsüdür. Onun 17 yaşı olarkən valideynləri və kiçik bacısı Sibirə sürgün edilmişdir. Bu zaman o evdən qaçmağı bacarmışdır. Repressiya 1940-1941-ci illərdə də davam etmiş və nəticədə yüzlərlə günahsız insanlar həbs edilmiş, sürgün edilmiş və ya öldürülmüşdür. Bu səbəb ilə bir çox estonlar tarixi düşmənlərinə qarşı savaşmaq üçün alman ordusuna könüllü üzv olmuşdur. Karl onlardan biridir. 1944-cü ilin yayından etibarən o, iyirminci eston SS qoşunları qüvvələrinə qoşulmuşdur.
Döyüşlərin birində hər iki cəbhədə vuruşan eston əsgərlər üz-üzə gəlir. Bu zaman sovet ordusunda böyük serjant olan Yuri Yoqi Karl ilə üz-üzə gələrək onu qətlə yetirir. Lakin sonradan onun eston olduğunu bilərək qeyd dəftərçəsini götürərək Tallində məskunlaşmış ailəsinə baş çəkir. Bu zaman Yuri Ayno Tammikə aşiq olur. Buna baxmayaraq, dövrün şərtləri buna əks idi. Sonradan o, döyüş komandiri tərəfindən təhdid edilir. Bundan sonra isə döyüşlərin birində o, alman ordusu tərəfindən vuruşan azyaşlı eston uşaqlarını komandirinin əmri ilə öldürməkdən boyun qaçırdığı üçün yerindəcə güllələnir. Döyüş yoldaşı isə onun qeyd dəftərçəsini sevdiyi Aynoya çatdırır. Film real hadisələr əsasında çəkilmişdir və müharibənin dəhşətlərini, insanlarda buraxdığı yaraları əks etdirir.
Rollarda
redaktə- Kaspar Velberq — Karl Tammik
- Kristyan Yuksküla — Yuri Yoqi
- Mayken Şmidt — Ayno Tammik
- Hert Raudsep — Ants Saareste
- Peter Tammearu — Partorg
- Mart Pius və Prit Pius — Kaar Qardaşları
- Hendrik Tompere — Kristian Poder
- Kristian Sarv — Abram Coff
- Rayn Simmul — Prohhor Sedoh
- Martin Mill — Alfred Tul
- İvo Ukkivi — Rudolf Kask
İstehsal
redaktəFilmin ilk çəkilişləri 2013-cü il oktyabr ayında olmuşdur. Daha sonra çəkilişlər 2014-cü ilin yayından etibarən Sinimaed təpələrində davam etdirilmişdir.[7]
Film Estoniya Film İnstitutu, Estoniya Müdafiə Nazirliyi və şəxsi investorlar tərəfindən maliyyələşdirilmişdir.[8]
Nailiyyətlər
redaktə"1944" filmi bir çox film festivallarında da nümayiş etdirildi. Buraya Let’s Cee (Avstriya), Cameraimage (Polşa), Qahirə (Misir) və Arras (Fransa) kimi kino festivalları daxildir. Həmçinin film Osloda "Baltik film günləri" çərçivəsində və Vaşinqtonda "Avropa filmləri proqramı" çərçivəsində nümayiş olunmuşdur.[9]
Qəbulu
redaktəFilm 1005 nəfərin səs verməsi nəticəsində Britaniyanın film toplusu sayılan IMDb saytı tərəfindən mümkün 10 baldan 7.5 bal (orta) ilə qiymətləndirilmişdir.[10]
Gəlir
redaktəFilm Estoniyada böyük uğur qazanmağı bacardı. Estoniyada ilk dəfə 2015-ci ilin 15 fevral tarixində nümayiş olundu.[9] Həftəsonu baş tutmuş ilk seansda 19.030 nəfər tamaşaçı filmi izləmişdir. İlk həftəsində isə 44.879 tamaşaçı tərəfindən izlənilməklə eston film tarixində yeni bir rekorda imza atıldı.[9] Belə ki, bir əvvəlki rekord yenə də Nüqanenin ssenari müllifi olduğu 2002-ci ildə çəkilmiş "Mərmər üzərində adlar" filminə məxsus olmuşdur. Bu filmi 15.611 nəfər tamaşaçı izləmişdir. Həmçinin film nümayiş edilən ilk həftəsində 44.879 nəfər tamaşaçı toplamaqla da rekord qırmışdır ki, bu da Estoniyada nümayiş olunan və ən çox tamaşaçı toplayan eston filmi kimi tarixə düşmüşdür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Taska Film". 28 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2015.
- ↑ "Taska Film 1944 on Facebook: Page Info". 2 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2015.
- ↑ "Eyewell Acquires Epic War Drama '1944'". 7 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2015.
- ↑ "news.err.ee: Year's most anticipated feature film premieres in Tallinn". 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2015.
- ↑ Holdsworth, Nick. "Oscars: Estonia Nominates '1944' for Foreign-Language Category". The Hollywood Reporter. 14 September 2015. 26 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2015.
- ↑ 1 2 3 Battle of Tannenberg — Kill your own or die Arxivləşdirilib 2020-04-23 at the Wayback Machine. eyewell.se, 16.11.2016. (ing.)
- ↑ "Elmo Nüganen's new film, "1944" is a delicate topic". 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2015.
- ↑ "Record Opening Week for "1944"!". 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2015.
- ↑ 1 2 3 Estonia submits war movie “1944” for the foreign language Oscar consideration Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine. estonianworld.com, 16.11.2016. (ing.)
- ↑ "1944 Ratings". IMDb. 17 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2015.
Xarici keçidlər
redaktə- 1944 — Internet Movie Database saytında