1900 Un Efsanesi Film 1998 - Wikipedia
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir.[4]
1900-ün əfsanəsi | |
---|---|
it. La leggenda del pianista sull'oceano ing. The Legend of 1900 | |
Janr |
dram musiqili |
Əsas mövzu | caz[2], dahi[2] |
Rejissor | Cüzeppe Tornatore |
Prodüser | |
Əsərin müəllifi | Alessandro Barikko |
Ssenari müəllifi | Cüzeppe Tornatore |
Baş rollarda |
Tim Rot Pruit Teylor Vins |
Operator | Layoş Koltey |
Bəstəkar | Ennio Morrikone |
İstehsalçılar |
Medusa Film Sciarlò |
İlk baxış tarixi | 28 oktyabr 1998[3] |
Filmin digər adı | Pianoçu haqqında əfsanə |
Filmin növü | bədii film |
Müddət |
165 dəqiqə 125 dəqiqə[1] |
Büdcə | 9 milyon $ |
Gəlir | 259,127 $ (ABŞ) |
Ölkələr |
İtaliya ABŞ |
Dillər | ingilis dili, italyan dili, fransız dili |
İl | 1998 |
Rəng | rəngli |
Çəkiliş yeri | Roma, Odessa |
IMDb | ID0120731 |
Məzmun
redaktəBu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır.
Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir. Bu gəmi Amerika ilə Avropa arasında səyahət edir. Uşaq bir dəfə də olsun bu gəmini tərk etməyib və sahili görməyib.
Sirli möcüzə sayəsində royalda ifa etməyi bacaran 1900 – əsl virtuoza çevrilir və restoran orkestrində ifa etməklə ictimaiyyəti özünə cəlb edir. Onunla çox əfsanələr bağlıdır, amma onun həyatı da gözəl bir əfsanəyə çevrildi.
Film haqqında
redaktə- Film Alessandro Barikkonun "Yeni əsr" əsəri əsasında çəkilmişdir.
Mükafatlar
redaktə1999-cu ilin "Devid di Donatello" mükafatı:
redaktə- Ən yaxşı operator işinə görə – Layoş Koltey
- Ən yaxşı geyim dizaynına görə – Maurisio Millenotti
- Ən yaxşı rejissor işinə görə – Cüzeppe Tornatore
- Ən yaxşı musiqiyə görə – Ennio Morrikone
- Ən yaxşı dizayn işinə görə – Françesko Frigeri
2000-ci ilin "Qızıl Qlobus" mükafatı:
redaktə- Ən yaxşı musiqiyə görə – Ennio Morrikone
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Alessandro Barikko
- Ssenari müəllifi : Cüzeppe Tornatore
- Rejissor : Cüzeppe Tornatore
- Operator : Layoş Koltey
- Bəstəkar : Ennio Morrikone
Rollarda
redaktə- Tim Rot – 1900
- Pruit Teylor Vins – Maks Tuni
- Melani Tyerri – qız
- Bill Nann – Denni Budman
- III Klorens Vilyams – Celli Roll Morton
- Piter Voqan – Pops
- Nayel O'Brayan – liman ustası
- Qabriel Lavia – fermer
- Vernon Ners – Fris Hermann
- Alberto Vazkes
İstinadlar
redaktə- ↑ "THE LEGEND OF 1900 (15)". British Board of Film Classification. 21 October 1999. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2016.
- ↑ 1 2 3 https://web.archive.org/web/20200411164025/https://www.europeanfilmawards.eu/en_EN/film/the-legend-of-1900.5542.
- ↑ IMDb (ing.). 1990.
- ↑ The Legend of 1900 Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine mediacircus.net saytı
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- The Legend of 1900 — Internet Movie Database saytında
- The Legend of 1900 Box Office Mojo-da
- The Legend of 1900 Rotten Tomatoes saytında (ing.)