1848 Ci Il Usyanlari - Wikipedia
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur.
İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi.
İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühüm rol oynadı.
Başlanğıcı
redaktəİnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir. XIX əsrin birinci yarısında Avropa cəmiyyətində çoxsaylı dəyişikliklər baş vermişdir. Bu dövrdə həm liberal islahatçılar, həm də radikal siyasətçilər milli hökumətləri yenidən formalaşdırmağa çalışırdılar.
Texnoloji dəyişiklik işçi sinifdən olanların həyatını kökündən dəyişirdi. Populyar mətbuat siyasi maarifləndirilmə, populyar liberalizm, millətçilik və sosializm kimi yeni dəyərlər və fikirləri əhatə etməyə başladı. Bəzi tarixçilər qeyd edirlər ki, 1846-cı ildə məhsul yığımında olan uğursuzluqlar kəndlilərin və şəhərdə yaşayan yoxsul təbəqənin həyatında çətinliklər yaratdı.
Aristokrat əhalinin böyük bir hissəsi isə kral ailəsinin qismən və tam mütləq hakimiyyəti ilə narazı idilər. 1846-cı ildə Avstriya Qalisiyasında Polşa aristokratiyanın və Prussiyada demokratik qüvvələrin bir neçə ayaqlanmaları baş verdi. [aydınlaşdırma lazımdır]
Bundan sonra, orta təbəqə ayaqlanmağa başladı. Elə həmin vaxt Brüsseldə çalışan Karl Marks və Fridrix Engels Kommunist Liqasının (əsasən Alman işçilərindən ibarət olan bir təşkilat) tələbi ilə Kommunist Partiyasının Manifestini (21 fevral 1848-ci ildə Almaniyada nəşr olunmuşdur) yazdılar. Berlində mart ayı qiyamətindən sonra onlar Almaniyada öz ideyalarını təbliğ etməyə başladılar. Mart ayında Parisdən "Almaniyada Kommunist Partiyasının tələbləri"ni ("Demands of the Communist Party in Germany") nəşr etdilər; kitabça, Almaniyanın birləşməsinə, kütləvi seçmə haqqına, feodal statusun ləğvinə çağırırdı.
Orta və işçi sinifləri beləliklə, islahat və bir çox digər konkret məqsədlər üzərində ortaq fikirlərə malik idilər. İnqilablarda onların iştirakı, ancaq bir-birindən fərqlənirdi. Baxmayaraq ki, motivin böyük bir hissəsi orta sinifdən idi, üsyanlarda olan iştirakçıların əsasını aşağı təbəqə təşkil edirdi. Üsyanlar ilk dəfə şəhərlərdə yaranmağa başladı
Şəhər işçiləri
redaktəFransız kəndlərində əhali sürətlə yüksəlmiş, çoxlu kəndlilər şəhərlərdə özlərinə yeni bir həyat qurmağa üz tutmuşdular. Burjuaziyanın bir çoxu isə kasıb əhalidən qorxduqları üçün uzaqlaşdırdılar. Bir çox təcrübəsiz işçi gündə 12–15 saat işləyərək, dağılmış və xəstəlik yayılmış zonalarda yaşayırdılar. Sənətkarlar isə sənayeləşmənin nəticəsində guildlərini itirdilər. Buna görə də, Karl Marks kimi inqilabçılar aşağıdakıları qurdular.[1]
Ticarət haqqında olan qanunlarda olan sərbəstləşdirmə və zavodların inkişafı 1815-ci ildən bəri sayı 93% artan müxtəlif təbəqədən olan işçilər arasında olan sosyal fərqləri daha da artırdı. Nəticədə, 1831 və 1834-cü illərdə Lyonda, və 1844-cü ildə Praqda böyük proletariat ayaqlanmaları baş verdi. Conatan Sperberə görə, şəhərdə yaşayan işçi əhali alıcılıq qabiliyyətlərində (purchasing power) yüksək azalma olduğunu hiss etdilər: belə ki, insan artımına abxmayaraq, 1930-cu ildən sonra Belçika, Fransa və Almaniyada şəhərlərdə ət istehlakında azalma var idi. Əlavə olaraq, 1847-ci ildə baş verən iqtisadi böhran işsizliyi daha da artırdı: Vienna zavodlarında 10,000 işçi işdən çıxarıldı və Hamburqda 128 firma iflas etdi.[2] Hollandiya istisna olmaqla, 1847-ci ilin böhranın ölkələrə olan təsirləri və 1848-ci ildə inqilablarla üzləşənlər arasında güclü korrelyasiya var idi.[3]
Alman dövlətlərində vəziyyət demək olar eyni idi. Prussiyanın bir hissəsi artıq sənayeləşməyə başlamışdı.1840-cı illərdə, toxuculuqda olan mekanikləşdirilmiş istehsal sənayesi pal-paltar qiymətlərində ucuzlaşmaya səbəb oldu və nəticədə, Alman dərzilərinin əldə istehsal etdikləri məhsulların satışında azalmaya səbəb oldu.[4] İslahatlar kənd feodalizminin ən qeyri-populyar xüsusiyyətlərini yaxşılaşdırdı , lakin narazı sənaye işçiləri daha da böyük dəyişikliklər üçün təzyiq göstərirdilər.
Şəhərdə yaşayan işçi əhalinin maaşlarının yarısını əsasən çörək və kartofdan ibarət olan ərzaq üzərində xərcləməyə məcbur idilər. Məhsuldarlıqda olan uğursuzluqlar ərzaq qiymətlərinin daha da artmasına və manufaktura məhsullarına olan tələbin azalmasına, nəticədə işsizliyin daha da artmasına gətirib çıxardı. Üsyanlar zamanı, işsizlik problemini həll etmək üçün, inşaat üzrə atelyelər və emalatxanalar təşkil olundu. Sənətkarlar və işsiz əhali sahibkara özləri üzərində daha çox güc verilmələri üçün təhdid olunduqda sənayə makinalarını dağıtdılar.[5][6]
Kənd yerləri
redaktəKənd əhalisində olan artım ərzaq çatışmazlığı, həm Avropa içərisində, həm də Avropadan Amerikaya miqrasiyaya səbəb oldu. Kəndlilər arasında narazılıq 1840-cı ildən sonra artmağa başladı. 1845 və 1846-cı illərdə kartof əkinlərində olan xəstəlik Şimali Avropada böhrana səbəb oldu, və 1847-ci ildə Sileziyada kartof ehtiyatlarını talanmasına səbəb oldu. Reynlanddə çovdar əkinlərində məhsuldarlıq 20%, Çexiyada isə kartofda məhsuldarlıq 50%-ə qədər azaldı . Nəticədə, ərzaq qiymətləri kəskin şəkildə artdı.[7] N1845 və 1846-cı illərdə kartof əkinlərində olan xəstəlik Şimali Avropada böhrana səbəb oldu, və 1847-ci ildə Sileziyada kartof ehtiyatlarını talanmasına səbəb oldu. Reynlanddə çovdar əkinlərində məhsuldarlıq 20%, Çexiyada isə kartofda məhsuldarlıq 50%-ə qədər azaldı . Nəticədə, ərzaq qiymətləri kəskin şəkildə artdı.
Aristokratik mülkün əsas hissəsini əkinçilik üçün ayrılmış torpaqların sahibkarlığı, və nəticədə orada çalışan kəndlilər üzərində səlahiyyətlər təşkil edirdi. 1848-ci ildə baş verən kəndli üsyanları əsasən şəhərdəkilərdən qopmuş şəkildə təzahür edirdi, və əsasən uğursuzluqla nəticələnirdi.
İdeologiyaların rolu
redaktəRadikal ideologiyaların populyarlaşmasına qarşı tətbiq edilərn güc və başqa vasitələr onların qarşısı ala bilmədi. Demokratiya, liberalizm, sosyalizm, nasyonalizm (millətçilik) xalq arasında populyarlaşmaqda davam edirdi. Onların tələblərinə Konstitusiya, mətbuat azadlığı, söz azadlığı və digər demokratik hüquqlar, sivil militanın yaradılması, kəndlilər üzərində olan səlahiyyətlərin ləğv olunması, iqtisadiyyatın liberallaşdırılması, tariflərin ləğv olunması, monarx hakimiyyətinin ləğv olunması və ya respublikalı monarxiyanın yaradılması xeyrinə monarxın səlahiyyətlərinin məhdudlaşdırılması daxil idi.
1840-cı illərin perspektivindən baxsaq demokratiya bütün kişilərə səsvermə hüququnun verilməsindən ibarət idi. 'Liberalizm' prinsipial olaraq "idarə olunanın razılığı" və kilsə və dövlətin səlahiyyətlərində olan məhdudiyyət, respublika orqanlarının yaradılması, şəxsiyyət və mətbuat azadlığı mənasını verirdi. Liberalizmin təsirlərini 1840-cı ildən sonra bir sıra radikal liberal nəşrlərin kimi Rheinische Zeitung (1842), Fransada Le National and La Réforme (1843); Avstriyada Grenzboten (1841); Macarıstanda Pesti Hírlap (1841) kimi bir neçə radikal qəzetlərin nəşr olunmasında görmək olar.
'Millətçilik' vahid dil, mədəniyyət, din, ümumi tarix, və, əlbəttə, vahid coğrafi ərazi daxilində insanların birləşməsini dəstəkləyirdi. Millətçilik, František Palacký'in Almanlarla olan münaqişələrdən bəhs etdiyi "Çex Millətçiliyinin Tarixi" kitabından və Almaniyada millətçilik üzrə meydana çıxan xüsusi musiqi növündən də göründüyü kimi çoxlu dairələr arasında populyarlaşmışdı.[8]
Sosyalizm', 1840-cı ildə mənası üzərində hələ də konsensun olmayan, müxtəlif insanlar üçün müxtəlif mənalar verən bir termin idi, lakin, adətən işçi sinfinin səlahiyyətlərinin artırılması kontekstində istifadə olunur.
Ölkələr və regionlar üzrə hadisələr
redaktəİtaliya dövlətləri
redaktəO vaxta qədər ciddi bir iğtişaş olmasına baxmayaraq, ilk böyük partlayış Sicilyada 1848-ci ild Yanvarda baş verdi. Bourbonlar sülaləsinə qarşı əvvəllər də bir neçə üsyanlar baş versə də, bu 16 ay ömrü sürən müstəqil bir dövlət yaratdı, əlbəttə ki, Burbonlar hakimiyyəti yenidən ələ alana qədər. Həmin aylar ərzində, ortaya çıxan Konstitusiya həmin dövr üçün liberal domekratik perspektivindən kifayət qədər qabaqcıl idi. Üsyan uğursuzluqla nəticələnsə də, 1860–61-ci illərdə İtaliyanın vahid şəkildə birləşməsi — Risorcimento Burbonların idarə etdiyi İki Siciliya Krallığını (Kingdom of Two Sicilies) tənəzzülə uğratdı.
Fransa
redaktəKeçmiş Fransa İnqilabının qığılcımlarını 1848-cil üsyanlarında, əsasən də, banket kampaniyasında (campagne des banquets) hiss etmək olurdu. Bu inqilab, əsasən xalqın özünü idarə etməsini düşünən Fransız xalqı arasında populyar olan milliyətçilik və liberalizm ideologiyaları ilə hərəkət edirdi. Bu inqilab Luis Filip'in konstitusiyalı monarxiyasının tənəzzülü və İkinci Respublikanın yaradılması (1852) ilə nəticələndi. Bu hökumətə Luis Napalyon başçılıq edirdi.
Alman Dövlətləri
redaktəAlmaniyada 1848-ci il kütləvi aksiyalarla seçilrən "Mart Üsyanları" əsasən Almaniyanın cənub və qərbində baş verdi. Ziyalı tələbələr və alimlər tərəfindən yönləndirilən[9] üsyançılar Alman milliyətinin birliyini, mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığı tələblərini irəli sürürdülər. Üsyanın kifayət qədər yaxşı təşkil olunmamasına baxmayaraq, Alman Konfederasiyasının 39 ölkəsinin hər birində əvvəlki autokratik hökumət strukturlarının ləğvi üçün çağırış edirdilər. Nəhayət, üsyanda orta-təbəqə və işçi sinfindən olan əhali güclərini ayırdı və konservativ aristokratiyanın üsyançılara qalib gəlməsinə şərait yaratdı, və bütün liberallar sürgünə göndərildi.[10]
Danimarka
redaktəDanimarkada XVII əsrdən bəri mütləq monarxiya hakimiyyəti var idi . Kral Kristian VIII, islahatların tərəfdarı olsa da, absolutist idi və 1848-ci il yanvar ayında baş verən müxalif fermer və liberallar tərəfindən təşkil olunan aksiyalar dövründə öldü. Milliyətçi Liberallar tərəfindən təşkil olunan üsyanda konstitusiyalı monarxiyaya keçid üçün çağırışlar edilirdi və üsyançılar Martın 21-də Christianborg'a yürüş etdilər. Yeni kral, Frederik VII Liberalların tələblərinə qulaq asıb içərisinəd Milliyətçi Liberal Partiyasından da üzvlərin olduğu Kabinet yaratdı.[11]
Milliyətçi-liberal hərəkat absolutist hakimiyyəti ləğv etmək, amma məkəzləşdirilmiş hakimiyyəti qoruyub saxlamaq istəyirdilər. Kral Riqsdaq adlandırılan ikikameralı parlament ilə hakimiyyəti bölüşməyə razılaşıb yeni Konstitusiyanı qəbul etdi. Belə deyilir ki, Kralın yeni Konstitusiyanı qəbul etdikdən sonra olan ilk sözləri "bu yaxşı idi, artıq səhərləri rahat yata bilərəm" olmuşdur.[12] Ordu zabitlərinin narazılıqlarına baxmayaraq, digər Avropa ölkələrində olanların əksinə yeni hakimiyyət strukturunu qəbul etdilər. Amma, Liberal Konstitusiya Schleswigi əhatə etmədi.
Avstriya İmperiyası
redaktə1848-ci il Mart ayından 1849-cu il İyul ayına qədər, Habsburq İmperiyası milliyətçi xarakteri ilə seçilən inqilabçılar tərəfindən təhlükə altında qaldı. Viennadan idarə olunan imperiyanın daxilində avstriyalar, macarlar, slovaklar, poşalılar, çexlər, xorvatlar, sloveniyalılar, ukraynlar, romanlar, serblər və italyanlar var idi və bunların hər biri inqilab ərzində ya muxtariyyət, ya müstəqillik, ya da digər xalqalar üzərində hegemoniya qazanmağa cəhd etmişdilər. Üsyanın milliyətçi xarakteri, alman dövlətlərində olan hadisələrdən sonra daha da mürəkkəbləşdi.[mənbə göstərin]
Macarıstan
redaktə1849-cu ildə Avstriya və Rus orduları tərəfindən susdurulan Macar İnqilabı Avropada ən uzun idi. Macar inqilabı. Buna baxmayaraq, üsyan təhkimçi kəndililərin həyatında böyük rol oynadı.[13] 15 Mart, 1848-ci ildə Macar patriotlarının Pest və Budada olan akisyaları ilə alovlanan üsyan imperiya qubernatorunu içərisində mətbuat azadlığı, müstəqil Macarıstan Nazirliyinin yaradılmasın və Milli Qvardiryanın yaradılmasının, sivil və dini bərabərliyin, ədalətli məhkəmə, milli bank və Macar Ordusunun yaradılması, xarici qoşunların ölkə sərhədlərindən çıxarılmasını, siyasi məhbusların azad edilməsi , Transilvaniyanın birləşdirməsinin də qeyd olunduğu üsyançıların 12 tələblərini qəbul etməyə məcbur etdilər. Bu tələblər növbəti səhər Sandor Petofi'nin poeziyası ilə yüksək səslə hərkəsə oxundu: "Biz Macarların Allahı adına and içirik. Biz and içirik, biz bir daha qul olmayacayıq"[14] Layoş Koşut və bəzi digər liberal zadəgan təşkil edib ki, pəhriz müraciət məhkəmə tələbi ilə nümayəndəsinin hakimiyyəti və vətəndaş azadlıqlarının.[15] Bu hadisələr səbəb oldu Клеменса fon Меттерниха, avstriya şahzadə və xarici işlər naziri istefa verib. Tələblər pəhriz razılaşdırılmışdır 18 mart imperator Ferdinand. Baxmayaraq ki, Macarıstan qalacaq bir hissəsi imperiyanın əsasında şəxsi унии imperatoru ilə isə konstitusiya hökumət yaradılacaq. Sonra parlamentinin qəbul aprel ayında qəbul edən qanunlar, qanun qarşısında bərabərlik, parlament, konstitusiya monarxiya və sonu ötürülməsi və məhdudiyyətlər torpaqdan istifadə.
Nəticələri
redaktəDemokratlar 1848-ci il üsyanlarına sonralar azadlıq, bərabərlik və qardaşlığın (fraternity) inkişafına təsir edən demokratik inqilablar kimi baxırdı. Milliyətçilər üçün isə bu əvvəlki çoxxalqlı imperiyaların ləğv olunmasını tələb edən ümid kimi görürdülər. Amma, sondakı nəticələr hamını gözlədiyi kimi mürəkkəb olmadı.
Bəzi dövlətlər 1848–49-cu il inqialblarından sonra daha da absolutist olaraq repressiyanı və senzuranı daha da artırdılar.[16][17] Avstriya İmperiyasında Franz Stadionun konstitusiyası və Təməl Haqlar haqqında Əsasnaməsini ləğv edildi və Habsburq sərhədləri daxilində həbs olunanların sayı 1854-cü ilə qədər 1 milyona çatdı.[18] 1848-ci ildən sonra Rusyiada I Nikolayın hakimiyəti daha da dözülməz olmağa başladı. Həmin dövrdə, gizli polis yaradıldı və senzura daha da genişləndirildi. Vəziyyət o yerə gəlmişdi ki, nəşriyyat evlərində çalışanların sayı senzura orqanlarında çalışanlardan hətta az idi.[19][20] Fransada isə Ledru-Rollin, Baudelarie və Proudhon'un əsərləri əsərləri müsadirə olundu.[21]
1848-ci ildən sonra görünənin əsasında çox az şey dəyişmişdi və bir çox tarixçilərə görə inqilabların çoxu uğursuzluqla nəticələndi. Son zamanlar isə, Kristofer Klark 1848-ci ildən sonrakı dövrü "hökümətdə inqilab" adlandırmışdır. Karl Marx inqilablarıan burjua xarakterlirini görüb məyus olduğunu bildirmişd.[22] Prussiyanın Baş Naziri, Otto von Manteyfelə görə dövlət bundan sonra zadəganların mülkiyyəti imiş kimi idarə oluna bilməz. Prussiyada August von Bethmann-Hollweg'in Preußisches Wochenblatt qəzetində Prussiyanın konservativ dövlət adamları və jurnalistlərini mühacit Kreuzzeitung franksiyasına qarşı müasirləşdirmək nəzərdə tutulurdu.[23][24][25]
Hökumətin sonra 1848-ci ildən məcbur idi idarə olunmasında ictimai sahədə və məşhur dairəsi daha da böyük səmərə ilə ki artmasına səbəb şöhrət Прусской Zentralstelle фюр Pressangelegenheiten (mərkəzi mətbuat agentliyi yaradılmış 1850), Avstriya Zensur-UND polizeihofstellevə fransa istiqaməti Jeneral-de-la-kitabxana (1856).[26]
Lakin, inqilabların nəticəsi olaraq, xüsusilə Habsburq torpaqlarında bəzi uğurlu dəyişiklikər var idi. Avstriya və Prussiyada 1850-ci ilə qədər feodalizm demək olar ki, ləğv olundu və kəndlilərin həyat şəraiti yaxşılaşdı. Avropada orta təbəqə də bəzi güzəştlər əldə etdi: Fransada bütün kişilərə seçki hüququ verildi. Rusiya isə kəndliləri təhkimçilikdən sonralar 1861-ci ildə azad etdi. Habsburq İmperiyası axır ki, Macarlara 1867-ci il razılaşmasına əsasən bəzi güzəştlər verməyə razı oldu. Üsyanlar Danimaka və Hollandiyada isə uzun müddətli islahatlara səbəb oldu.
Reynhard Rürupa görə 1848-ci il üsyanları yəhudiləri sosyal üsyanların və beynəlxalq kapitalın nümayəndəsi kimi göstərən antisemitism'in inkişafında dönüş nöqtəsi idi.[27]
İnqilablardan qaçan almanlar tərəfindən Yeni Dünyada Texas-Hill adlı ölkə yaradıldı. Təzyiqə məruz qalan almanlar və ya avstriyalıların bir çoxu öz yurd-yuvaların qoyub Yeni Dünyaya ya da daha sakit Avropa ölkələrinə köçdülər. Onları Qırx-Səkkizincilər də adlandırırdılar.
İstinadlar
redaktə- ↑ Merriman, John. A History of Modern Europe: From the Renaissance to the Present. New York: W.W. Norton. 1996. səh. 718.
- ↑ Siemann (1998); Pech, p. 14
- ↑ Berger, Helge, and Mark Spoerer. "Economic Crises and the European Revolutions of 1848." The Journal of Economic History 61.2 (2001), p. 305
- ↑ Merriman, 1996, p. 724
- ↑ Berg, Maxine. The Machinery Question and the Making of Political Economy 1815-1848. 1982-02-04. ISBN 9780521287593.
- ↑ Breuilly, John ed. Parker, David. Revolutions and the Revolutionary Tradition. New York: Routledge. 2000. səh. 114.CS1 maint: Multiple names: authors list (link) Breuilly, John ed. Parker, David. Revolutions and the Revolutionary Tradition. New York: Routledge. 2000. səh. 114.
- ↑ Sperber, Jonathan, Rhineland Radicals: The Democratic Movement and the Revolution of 1848 (Princeton, 1991), p. 140; Pech, Stanley Z. The Czech Revolution of 1848 (London, 1969), p. 45
- ↑ Stanley Z. Pech, The Czech Revolution of 1848 (1969), p. 25, Wolfram Siemann, The German Revolution of 1848–1849 (London, 1998), p. 47
- ↑ Louis Namier, 1848: The Revolution of the Intellectuals (1964)
- ↑ Theodote S. Hamerow, Restoration, Revolution, Reaction: Economics and Politics in Germany, 1825–1870 (1958) focuses mainly on artisans and peasants
- ↑ Weibull, Jörgen. "Scandinavia, History of." Encyclopædia Britannica 15th ed., Vol. 16, 324.
- ↑ Olaf Søndberg; den danske revolution 1830–1866: p. 70, line 47–48
- ↑ Gábor Gángó, "1848–1849 in Hungary," Hungarian Studies (2001) 15#1 pp. 39–47. online Arxivləşdirilib 2017-10-19 at the Wayback Machine
- ↑ Deak, Istvan. The Lawful Revolution. New York: Columbia University Press, 1979.
- ↑ "The US and the 1848 Hungarian Revolution." The Hungarian Initiatives Foundation. Accessed March 26, 2015. http://www.hungaryfoundation.org/history/20140707_US_HUN_1848 Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine.
- ↑ Green, Abigail, Fatherlands: State-Building and Nationhood in Nineteenth-Century Germany (Cambridge, 2001), p. 75
- ↑ Barclay, David, Friedrich Wilhelm IV and the Prussian Monarchy 1840–1861 (Oxford, 1995), pp. 190, 231
- ↑ Deak, John. Forging a Multinational State: State Making in Imperial Austria from the Enlightenment to the First World War (Stanford, 2015), p. 105
- ↑ Westwood, J. N. Endurance and Endeavour: Russian History, 1812–1980. Oxford (2002), p. 32
- ↑ Goldfrank, David M. The Origins of the Crimean War. London: Longman, (1994), p. 21
- ↑ Price, Roger. The French Second Empire: An Anatomy of Political Power (Cambridge, 2001), p. 327.
- ↑ "England and Revolution by Marx 1848". Marxists Internet Archive. April 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2018.
- ↑ Brophy, James M. Capitalism, Politics and Railroads in Prussia 1830–1870 (Columbus, 1998), p. 1
- ↑ Schroeder, Paul in Blanning, T. C. W. (ed.), The Short Oxford History of Europe: The Nineteenth Century (Oxford, 2000), p. 171
- ↑ Smith, Denis Mack. Cavour (Knopf, 1985), p. 91
- ↑ Clark, p. 184
- ↑ "Progress and Its Limits: The Revolution of 1848 and European Jewry". Reinhard Rürup in Dowe, Dieter ed., Europe in 1848: Revolution and Reform (Oxford, 2001), pp. 758, 761