1848 Ci Il - Wikipedia
1848-ci_il - Haqqında Məlumat
1848 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1848 MDCCCXLVIII |
Yuli təqvimi | 1848 |
Yuli təqvimi bizans erasında |
7356-7357 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2600-2601 (21 aprel) |
Avropa təqvimi |
5608-5609 ה'תר"ח - ה'תר"ט |
Hicri təqvim | 1264-1265 |
Erməni təqvimi | 4340-4341 (11 avqust)
ՌՊԽԸ |
Çin təqvimi | 4544-4545 丁未 - 戊申 qırmızı qoyun - sarı meymun |
Efiopiya təqvimi | 1840 - 1841 |
Hind təqvimi | |
⁃ Vikram-samvat | 1904-1905 |
- Şaka sambat | 1770—1771 |
⁃ Kali-yuqa | 4949-4950 |
İran təqvimi | 1226-1227 |
Buddist təqvimi | 2391 |
Holosen təqvimi | 11848 |
Yapon xronologiyası | 1 Kaey erası |
Fransız inqilabı təqvimi | 56—57
|
Hadisələr
redaktə- 12 yanvar - İtaliyada 1848-1849-cu illər inqilabının başlanması. Palrmoda - Siciliyada üsyanın baş verməsi.
- 2 fevral - Quadalupe-İdalqoda Meksika ilə ABŞ arasında imzalanmış sülh müqaviləsinə əsasən Meksikanın ABŞ-nin xeyrinə ölkə ərazisinin təxminən 55%-ni təşkil edən Texas, Yeni Meksika, Yuxarı Kaliforniya və digər ərazilərdən əl çəkməsi.
- 15 fevral – Londonda Karl Marks və Fridrix Engelsin birgə yazdığı "Kommunist Partiyasının Manifesti" əsərinin çapdan çıxması.
- 22 fevral - Fransa inqilabının başlanması
- 24 fevral-Fransada Burbonlar sülaləsinin sonuncu nümayəndəsi olan I Lui-Filippin hakimiyyətdən devrilməsi, Fransada inqilabın başlanması.
- 27 fevral - Almaniyanın cənub-qərb hissəsində və Reyn əyalətində inqilabi çıxışların baş verməsi, 1848-1849-cu illər Almaniya inqilabının başlanması.
- 3 mart - Layoş Koşutun Avstriya imperatoru İ Ferdinanddan Macarıstan Konstitusiyasının tətbiqini və müstəqil Macarıstan hökumətinin yaradılmasını tələb etməsi
- 13 mart- Avstriyanın paytaxtı Vyanada üsyanın başlanması.
- 15 mart -Macarıstanda Avstriya zülmünə qarşı üsyanın başlanması.
- 18 mart- Berlində silalı üsyanın baş verməsi.
- 18-22 mart- Milanda baş verən üsyan nəticəsində avstraliyalıların Vyanadan qovulması.
- 23 mart:
- Korteslərdən qeyri-məhdud səlahiyyət alan İspaniyanın baş naziri general Ramon Narvaes tərəfindən parlamentin buraxılması.
- Layoş Battayani tərəfindən ilk müstəqil Macarıstan hökumətinin təşkil edilməsi.
- 25 mart - Sardiniya krallığının kralı Karl Albertonun Avstriyaya müharibə elan etməsi. Avstriya-İtaliya müharibəsinin başlanması.
- 25 aprel - Vyanada İmperiya ərazisində yaşayan bütün millətlərə bərabər hüquqlar vəd edilən imperiya konstitusiyasının lahiyəsinin dərc olunması
- may - Frankfurt-Maynda Ümumalman parlamentinin fəaliyyətə başlaması.
- may -Berlində Prussiya Milli Məclisinin açılması.
- 12 iyun -Praqada fəhlə və tələbələrin dinc nümayişinin gülləbaran edilməsi. Praqa üsyanının başlanması.
- 17 iyun - Avstriya qoşunları tərəfindən Praqa üsyanının yatırılması.
- 22 iyun - Parisdə üsyanın başlanması.
- 26 iyun - Paris üsyanının yatırılması.
- 22 iyul - Vyanada Avstriya parlamentinin - reyxstaqın fəaliyyətə başlaması.
- 11 avqust - Sardiniya ilə Avstriya arasında bağlanmış barışığa əsasən Sardiniya qoşunlarının Lombardiya, Venesiya və digər əyalətləri tərk etməyi öhdəsinə götürməsi.
- 18 sentyabr - Frankfurt na-Maynda üsyanın yatırılması.
- 6 oktyabr -Vyanada Avstriya zülmünə qarşı üsyanın baş verməsi.
- 31 oktyabr - İmperator qoşunlarının Vyanaya daxil olması və üsyanın yatırılması.
- 15 noyabr - Avstriya parlamentinin - reyxstaqının fəaliyyətinin başa çatması.
- noyabr - Romada üsyanın baş verməsi və Papa IX Piyin Vatikandan qaçması.
- İranda Babilər hərəkatının (1848-1852) başlanması.
- Bibiheybətdə texnik Semyonov tərəfindən mexaniki üsulla dünyada ilk dəfə neft quyusunun qazılması.
- Şamaxıda eyni adlı xeyriyyə cəmiyyəti tərəfindən ibtidai məktəb sinfi olan Müqəddəs Nina məktəbinin açılması.
Doğumlar
redaktəVəfatlar
redaktə- Azərbaycan tarixçisi - Mirzə Adıgözəl bəy.