1848 1849 Cu Iller Avstriya Inqilabi - Wikipedia
1848–1849-cu illər Avstriya inqilabı — Avstriya imperiyasında baş vermiş burjua-demokratik inqilab, 1848-ci il inqilablarından biri.
Tarixi
redaktəAvstriyada da inqilab Fransada baş verən inqilabının təsiri altında baş verdi. Avstriya hakim dairələri mətbuata Fransada baş verənlər haqqında bir kəlmə belə qeyd etməmək üçün qadağalar qoysa da, artıq mart ayının 3-də aşağı landtaqların tələbləri meydana çıxdı. Bu tələblərdə senzuranın ləğvi, təmsilçiliyin artırılması, landtaqların hüquqlarının genişləndirilməsi əks olunmuşdu. Mart ayının 13-də isə Vyanada baş verən üsyan nəticəsində, mart ayının 14-də Klemens Metternix hakimiyyətdən devrildi. Mart ayının 15-də isə Macarıstanda Buda və Peşt şəhərlərində üsyanların baş qaldırması ilə inqilab qalibiyyət çaldı.
Ədəbiyyat
redaktə- Авербух Р. А. Революция в Австрии (1848–1849 гг.). М., 1970.