Ezizulla Xan Zergami - Wikipedia
Əzizulla xan Hüseynpaşa xan oğlu Zərğami (fars. عزیزالله ضرغامی; 1884 – 1979, Tehran) — Rza şahın diqqətini cəlb edən əmirlərdən və o dövrdə bir müddət ordu başçısı. Gənclikdə İran Kazak diviziyasının məktəbinə girib və zabit dərəcəsini aldı.Kapitanlıq dərəcəsinə qədər Kazakxanədə məşğul idi. Daha sonra jandarma teşkilatına köçürülmüşdür və bir neçə jandarma teşkilatının o cümlədən Qəzvin, Zəncan və Sultanabad jandarma teşkilatlarının başçısı idi.Uniformalı ordunun təsisindən sonra oraya köçürüldü və polkovnik dərəcəsi ilə hərbi məktəb qurmaqın zabiti oldu.1930-cu ildə bütün ölkənin jandarma teşkilatının başçısı təyin edildi.1934-cü ildə bütün ordu müharibə sütunlarının başçısı oldu ki sonra ümumi heyət adlandırıldı və Rza şahın hakimiyyətinin sonuna qədər davam etdi.O, bir müddət də hərbi kollecin sədri olmuşdur.1949-cu ildə Senatın ilk dövründə senator vəzifəsinə təyin edilmişdir və bir dövr Senat məclisində idi.1979-cu ildə və 94 yaşında Tehranda vəfat etdi.[1]
Əzizulla xan Zərğami | |
---|---|
fars. عزیزالله ضرغامی | |
Doğum tarixi | 1884 |
Vəfat tarixi | 1979 |
Vəfat yeri |
İstinadlar
redaktə- ↑ عاقلی، باقر؛ خاندانهای حکومتگر ایران، تهران، نامک، ص499ـ500. (Aqili,Bağır;İranda hükumət edən xanədanlar, Tehran,Namək,499-500 səhifələr)
Qaynaqlar
redaktə- دکتر باقر عاقلی، شرح حال رجال سیاسی و نظامی معاصر ایران (ISBN 964-5570-58-1) (Dr Bağır Aqili, İranın müasir siyasi və hərbi xadimlərinin tərcümeyi-halları)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Şəqaqi Zərğami ailəsi Arxivləşdirilib 2011-07-05 at the Wayback Machine Baqirəlulum Tədqiqat İnstitutu
- Əzizulla Zərğami Rasexun saytı
- General Əzizulla Zərğami İranın Müasir Tarixinin Araşdırmalar İnstitutu