Eyyub Abbasov Yazici - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954).
Əyyub Abbasov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki kəndi, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
Həyatı
redaktəİstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abbasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir.
Fəaliyyəti
redaktə1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır.
Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir.[1]
Yaradıcılığı
redaktəİlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur. Sonralar Bakıda Günəşli yollar (1938), Ürək nəğmələri (1948), Könül şikəstəsi (1956) və s. şeir və poema topluları çapdan çıxmışdır. İkicildlik Zəngəzur (1956-1957) tarixi romanında 1917-20 illərdə regionun ümumi mənzərəsi təsvir edilir. Qadın azadlığı adlı ilk pyesi Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. Böhtan, Qardaşlar, Bahar nəğməsi, Şəfəq, Məlik Məhəmməd, Alma ağacı, Qisas, Sevinc pyesləri, tərcümələri var.[2]
"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" monoqrafiyası nəşr edilib ("Mütərcim" nəşriyyatı-2016).[3]
Xarici keçidlər
redaktə- Əyyub Abasovun həyatı və yaradıcılığı Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Naxcıvan ensiklopediyası. Bakı - 2002
- ↑ Seçilmiş əsərləri, B ., 1962.
- ↑ ""Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" nəşr edilib". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.