Extel - Wikipedia
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[1][2][…], Hiyrə, Nəcəf mühafəzəsi – 710[2][3], Cəzirə) – ərəb şairi.
Əxtəl | |
---|---|
ərəb. الأخطل التغلبي | |
Doğum tarixi | 640[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 710[2][3] |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | ərəb dili |
Janrlar | panegirik, satira, Xəmriyyə |
Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır[4]. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir. Əbu Səid əs-Sükkərinin tərtib etdiyi divanı ilk dəfə 1891 ildə, Əbu Təmmam tərəfindən "Nəqaizu Cərir vəl-Əxtəl" adı ilə toplanmış Cərir ilə olan atmacaları Salxani tərəfindən 1922 ildə Beyrutda nəşr edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Ġiyāṯ Ibn-Ġauṯ al- Aḫṭal // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ 1 2 al-Aḫṭal // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ AYYILDIZ, E. (2017). El-Ahtal'ın Emevilere Methiyeleri. Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi, 57(2). http://dtcfdergisi.ankara.edu.tr/index.php/dtcf/article/view/2060 adresinden erişildi.