Esger Eliyev - Wikipedia
Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.
Əsgər Əliyev | |
---|---|
Əsgər Ələkbər oğlu Əliyev | |
Doğum tarixi | 8 noyabr 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995 (20 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəƏsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu.
Ailəsi
redaktəSubay idi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ləj kənd qəbiristanlığında dəfn edilmişdir.
Xatirəsi
redaktə- Lənkəran şəhərində Əsgər Əliyev adına Dostluq parkı, küçə və büst açılmışdır..
- Lənkəran şəhərinin Haftoni Qəsəbə orta məktəbində Əsgər Əliyevin "Xatirə guşəsi" yaradılmışdır.
- Bakı şəhərində Əsgər Əliyev adına park açılmışdır.
- Ağdam şəhərinin Evoğlu Kənd tam orta məktəbi Əsgər Əliyevin adını daşıyır.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 83.