Esaret Rovsen Abdullaoglu - Wikipedia
Əsarət — Rövşən Abdullaoğlunun 2019-cu ildə nəşr edilmiş "Tanrı - mif, yoxsa həqiqət?" silsiləsindən olan ilk kitabı.
Əsarət | |
---|---|
Müəllif | Rövşən Abdullaoğlu |
Janr | Teizm |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2019 |
Nəşriyyat | Qədim Qala |
Səhifə | 208 |
ISBN | ISBN 9789952807882 |
Məzmun
redaktəDünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq? Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik.
Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
Daşıdığınız inanc haqqında ən doğru qərarı vermək istəyirsinizsə, bu kitab sizin üçündür.
Nəşr
redaktəKitab 2019-cu ildə Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Əsarət" ( (az.)). qedimqala.az. 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
Xarici keçidlər
redaktə- "Əsarət" ( (az.)). qedimqala.az. 2019. 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
- Kənan Rövşənoğlu. ""Tanrı anlayışı dinlərdən daha əvvəl yaranıb" – Müsahibə" ( (az.)). musavat.com. 2019-04-13. 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
- Goodreads-də Əsarət