Esed Beyin Ezablari - Wikipedia
Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir.[1]
Əsəd bəyin əzabları | |
---|---|
Rejissor | Ralf Marschallek |
Baş rolda | Nuridə Atəşi |
Bölüm sayı | İki |
Texniki məlumatlar | 104 dəqiqə |
Çəkiliş yeri | Almaniya Federativ Respublikası, Avstriya, İtaliya, Azərbaycan Respublikası |
Məzmun
redaktəFilmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.
Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub.[1]
Haqqında
redaktəİki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb.
Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib.
Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir.[2]
Təqdimatları
redaktəAlmaniya
redaktə2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib.
Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar.
Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər. Premyerada iştirak edən Almaniya (Berlin) Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsünün qurucusu adlandırıb, bu böyük yazarın dünya ədəbiyyatında, eləcə də alman və Azərbaycan ədəbiyyatında əhəmiyyətli yeri olduğunu xüsusi vurğulayıb.
İstinadlar
redaktə- ↑ 1 2 "Əsəd bəyin əzabları" filminin premyerası: rejissoru Ralf Marschallek olan eyniadlı filmin Berlinin "Babylon" kinoteatrında təqdim edilməsi haqqında Arxivləşdirilib 2020-02-17 at the Wayback Machine //Xalq qəzeti.- 2013.- 4 may.- S. 7.
- ↑ Atəşi, N. "Əsəd bəyin əzabları" bitdi: BERLİN UM VELT FİLM studiyasının çəkmiş olduğu ikiseriyalı sənədli film tamamlandı: Əsəd bəyin həyatına həsr olunmuş eyniadlı filmin rejissoru Ralf Marşallekdir //Ayna.- 2013.- 12 yanvar.- S.19.