Ertogrul Celebi - Wikipedia
Ərtoğrul Çələbi (1376, Kütahya – 1392, Çorum) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Osmanlı şahzadəsi.[1]
Ərtoğrul Çələbi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1376 |
Doğum yeri | Kütahya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 1392 |
Vəfat yeri | Qırxdilim, Çorum |
Dəfn yeri | Ərtoğrul bəy məscidi, Bursa |
Fəaliyyəti | əsilzadə |
Atası | İldırım Bəyazid |
Həyatı
redaktəŞahzadə Ərtoğrul Çələbi 1376-cı ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Süleyman və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.
Mərasimdən qısa müddət sonra baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Sarıxanoğulları bəyliyinin torpaqları Manisa sancaqbəyliyinə çevrildi və Ərtoğrul Çələbi bölgənin idarəsinə gətirildi.
Bu vəzifədə ikən atasının Anadoluya tərtiblədiyi səfərlərdə iştirak etdi. 1391-ci ildə Candaroğlu Süleyman bəyə qarşı çıxılan səfər əsnasında Qazi Burhanəddinin Osmanlıların əleyhində fəaliyyət göstərməsinin ardından, Ərtoğrul Çələbi atasının əmriylə Sivas üzərinə göndərildi. Ancaq Çorum yaxınlığındakı Qırxdilim adlı yerdə Qazi Burhanəddinin birlikləriylə qarşılaşan Ərtoğrul Çələbi ağır məğlubiyyətə uğradı və döyüş meydanında öldürüldü (1392).
Cənazəsi Bursaya gətirilib dəfn edilən Ərtoğrul Çələbinin məzarı yanında atası İldırım Bəyazidin əmriylə, 1398-ci ildə tamamlanan Ərtoğrul bəy məscidi inşa olundu.
Mənbə
redaktə- Süreyya Mehmed Bey. Sicill-i Osmani, 1996 ISBN 975-333-049-5
- A. D. Alderson. The Structure of Ottoman Dynasty. — Oxford University Press, 1956