Erefse Das Korpusu - Wikipedia
Ərəfsə_daş_körpüsü - Haqqında Məlumat
Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır.
Ərəfsə körpüsü | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Ərəfsə |
Aidiyyatı | Səfəvilər |
Tikilmə tarixi | XVI-XVII əsrlər |
Üslubu | Azərbaycan memarlığı |
Vəziyyəti | Fəaliyyət göstərir |
Kateqoriya | Körpü |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Ümumi məlumat
redaktəƏrəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir.
1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur.
Tarixi
redaktəSəfəvilər dövründə, XVI–XVII əsrlərdə inşa edilmişdir.
Xüsusiyyətləri
redaktəKörpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur.
Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir. Körpünün eni isə 7 metrdir.