Erebocagi - Wikipedia
Ərəbocağı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ərəbocağı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kənd Sovetinin Ərəbocağı kəndi Pirkəkə kənd Sovetinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəbocağı kəndi Pirkəkə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəbocağı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Ərəbocağı | |
---|---|
40°44′09″ şm. e. 47°23′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 87 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəOykonim ərəb etnoniminə ocaq (pir, müqəddəs yer) sözünu əlavə etməklə yaranmışdır. Yaşayış məntəqəsi Ərəbocağı adlı pirin yanında salındığına görə belə adlanmışdır.[4]
Tarixi
redaktə1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi.[5] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin inzibati bölgüsünə əsasən Ərəbocağı kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi.[6] 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Pirkəkə bələdiyyəsi təsis edilmişdir.
Coğrafiyası və iqlimi
redaktəKənd Bozdağ silsiləsinin ətəyində, Yuxarı Şirvan kanalının sahilində, rayon mərkəzindən 13 km, Bakıdan 251 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
Kənddə havanın orta illik temperaturu +14,9 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.
Əhalisi
redaktə1886-cı il | 1989-cu il | 1999-cu il | 2009-cu il |
---|---|---|---|
406 | ▲ 800 | ▲ 853 | ▲ 952[7] |
Təhsil
redaktəKənddə orta məktəb fəaliyyət göstərir.
Din
redaktəKənddə məscid mövcuddur.[8] xəstəxana, ambulatoriya, kitabxana yerləşir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
- ↑ "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
- ↑ Ərəbocağı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія". 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-28.
- ↑ "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-28.
- ↑ Azərbaycan əhalisinin ümumi dövlət siyahıya alınması. 2009, Bakı.
- ↑ "Ərəbocağı kənd məscidi". 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-28.
Həmçinin bax
redaktə Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |