Eniq Qalasi - Wikipedia
Əniq qalası və ya Eniq qalası — Qusar rayonunun eyniadlı kəndində tarixi abidə.
Haqqında
redaktəSalavat dağ keçidini nəzarət altında saxlayan Əniq qalası dəniz səviyyəsindən 1100 metr hündürlükdə, Qusarçayın sağ sahilində, Qusar rayonunun eyni adlı kəndində təbii maneələrə malik, hündür təpə üzərində yerləşir. Qalanın müdafiə qabiliyyətini daha yaxşı təmin etmək üçün memar relyefin bütün imkanlarından uğurla istifadə etmişdir. Əniq qalası uçurumlu ətəkləri olan nəhəng təpənin cənubunda salınmışdır.
Nə vaxtsa möhtəşəm istehkam olan bu qaladan iki qalıq salamat qalmışdır. Birinci halda divarın uzunluğu 15-16 metrdir. İkinci qalıq isə qala darvazasının künc bürcüdür. Divarın eni 2 metr, bürcün diametri isə 6 metrə yaxındır. Qalıqların hündürlüyü 5,8 metrdən 9,3 metrə qədərdir. Qala yeri qaya daşlarından və çaydaşından inşa olunmuşdur. Gürcü "Xronoqrafı"nın məlumatı əsasında Əniq (Eniq) qalasının 1288-ci ildə dağıdıldığı ehtimal olunur.
Mənbə
redaktə- Azərbaycan arxeologiyası. Bakı, 2008, səh.84.
- C. Ə. Xəlilov. Enıx qalası. Azərbaycan SSR EAM. XVIII c. 1962, № 4.
- М. ДЖ. Халилов. Уточнение даты взятия и разрушения крепости Аниг. (Тезисы докладов Первой научной конференции "История лезгин". Баку,1993.
Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |