Endorab Qalasi - Wikipedia
Əndorab qalası — Azərbaycanın Tərtər rayonu ərazisində qala.
Əndorab qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Tərtər |
Tikilmə tarixi | VIII - IX əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Material | kərpic, çiy kərpic |
Arxeoloqlar tərəfindən yeni aşkarlanan "Əndorab qalası" erkən orta əsrlərin son mərhələsinə, VIII-IX əsrlərə aiddir. Bu haqda Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu qala haqqında orta əsr yazılı mənbələrdə vacib məlumatlar verilib, lakin qalanın yeri məlum deyildi. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı qalanın yeri müəyyən olunub.
Ümumi sahəsi 8 hektar olan qala Tərtər çayının sahilində, Bərdə-Gəncə ticarət yolunun kənarında yerləşir. Arif Məmmədov bildirir ki, o dövrlər üçün həm müdafiə, həm də məlumat götürmə məntəqəsi kimi fəaliyyət göstərən qalada aparılan arxeoloji qazıntılar zamanı bir sıra maddi eksponantlar da aşkar edilib.
Qazıntı ərazisindən XII əsrə, Atabəylər dövrünə aid mis pullar, qədim dövrlərə aid saxsı məmulatlar aşkarlanıb. Həmçinin Sasani və Ərəb işğalı dövrlərinə aid, üzərində fars əlifbası ilə yazılan sənətkar möhürü də aşkar olunub.