Emircan Emircanov - Wikipedia
Əmircan Yunus oğlu Əmircanov (31 may 1938, Qaçağan, Marneuli rayonu – 12 mart 1996, Bakı) — Azərbaycan Respublikası dövlət xadimi, İqtisadiyyat Nazirinin səlahiyyətlərini icra edən. 1994-1996-cı illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 1-ci müavini. Azərbaycan Respublikasının "Əməkdar iqtisadçısı".
Əmircan Əmircanov | |
---|---|
Əmircan Yunus oğlu Əmircanov | |
17 iyun 1994 – 12 aprel 1996 | |
Sonrakı | vəzifə təsis edilib |
5 fevral 1993 – 17 iyun 1994 | |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 may 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 1996 (57 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
Atası | Yunus Əmircanov |
Həyat yoldaşı | Səhərgül Səməd qızı Bayramova |
Uşaqları |
Teymur Əmircan oğlu Əmircanov Təranə Əmircan qızı Əmircanova Rəşad Əmircan oğlu Əmircanov (1977) |
|
|
Təltifləri |
Həyatı
redaktəƏmircan Yunus oğlu Əmircanov 31 may 1938-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaçağan kənd 1 saylı orta məktəbini "Qızıl medal"la bitirdikdən sonra 1957-1960-cı illərdə Ə.Əmircanov SSRİ Hərbi Dəniz Donanmasının Sevastopol şəhərində yerləşən hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra o, 1960-1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alaraq "Xalq təsərrüfatının planlaşdırılması" ixtisasını fərqlənmə diplomu ilə, 1987-ci ildə isə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının İxtisasartırma İnstitutununda "Müasir idarəetmə metodları, istehsalın təşkili və planlaşdırılması" ixtisası üzrə tam kursu da müvəffəqiyyətlə bitirmişdir.
Təhsili
redaktəDövlət xadimi
redaktəƏ.Əmircanov əmək fəaliyyətinə 1964-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamış, 1964-1969-cu illərdə isə Azərbaycan SSR Ali Partiya Məktəbinin İqtisadiyyat kafedrasında kabinet müdiri vəzifəsində çalışmışdır. 1969-cu ildən başlayaraq ömrünün sonuna qədər Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Belə ki, Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində olan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun 1969-1971-ci ilərdə Elmi katibi, 1971-1973-cü illərdə Uzunmüddətli planlaşdırma və iqtisadi proqnozlaşdırmanın ümumi problemləri və metodologiyası şöbəsinin müdir müavini, 1973-1978-ci ilərdə isə həmin şöbənin müdiri vəzifələrində isləmişdir. Bundan sonra o, Dövlət Plan Komitəsinin mərkəzi aparatına dəvət edilərək daha yüksək vəzifələrdə ölkəsinə layiqincə xidmət etmişdir. Ə.Əmircanov 1978-1980-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Xalq təsərrüfatı və ərazi planlaşdırılması şöbəsinin müdir müavini, 1980-1991-ci llərdə həmin şöbənin müdiri, 1991-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Ümumi iqtisadi və struktur siyasətinin icmal şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Əmircan Əmircanov Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 297 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin İqtisadiyyat Nazirliyinə çevrilməsi ilə əlaqədar 17.06.1994-cü ildən ömrünün sonunadək Ə.Əmircanov həmin nazirlikdə nazirin birinci müavini vəzifəsində çalışmışdır.
Ailəsi
redaktəƏmircan Əmircanov Səhərgül Səməd qızı Bayramova ilə ailə qurmuşdur. Əmircan Əmircanovun üç övladı dünayay gəlmişdir. Böyük övladı Teymur Əmircan oğlu 1973-cü ildə dünaya gəlmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş, və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləmişdir.
Kiçik oğlu Rəşad Əmircan oğlu Əmircanov 1977-ci ildə Bakı şəhərində doğulub, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işləmişdir. Əmircan Əmircanovun qızı ailəlidir və Bakı şəhərində yaşayır.
Mükafatları
redaktəƏ.Əmircanov çalışdığı bütün sahələrdə həmişə prinsipial mövqe və inadkarlıq göstərərək ona tapşırılmış işlərin öhdəsində şərəflə gəlmişdir. Onun Vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir və o, SSRİ Ali Soveti Prezidiumunun qərarı ilə 08.08.1986-cı ildə "Rəşadətli əməyə görə" və 24.11.1989-cu ildə "Əmək veteranı" medalları ilə təltıf olunmuşdur. Ə.Əmircanov 31.01.1991-ci ildə Azərbaycan SSR Prezidentinin Fərmanı ilə "Əməkdar iqtisadçı" Fəxri adına layiq görülmüşdür.[1]