Emircan Qax - Wikipedia
Əmircan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Əmircan | |
---|---|
41°25′43″ şm. e. 46°51′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktə- Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası
redaktəƏmircan oyk, sadə. 1. Bakı şəhəri Suraxanı r-nunda ştq. Abşeron yarımadasındadır. Yaşayış məntəqəsi XX əsrin əvvəllərinə qədər Xilə adlandırılmışdır. Tədqiqatçılar bu oykonimi ərəb işğalları dövründə İraqın Xilə əmirliyindən Azərbaycana köçürülmüş ərəb tayfasının adı ilə bağlayırlar. Əmircan oykonimini isə tədqiqatçılar orta əsrlərdə Şirvan dövlətində yüksək vəzifələrdən biri olan əmirhacla əlaqələndirirlər. Qəsəbədə XIV əsrə aid abidələrdən biri olan Nizaməddin məscidinin kitabəsində Şirvan dövlətində yüksək mənsəb sahibi olmuş Əmir Nizaməddin Əmirhac adlı şəxs haqqında məlumat verilir. Dövlət tərəfindən təsdiq olunan əmirhac vəzifəsinin sahibi Məkkəyə ziyarətə gedənlərə başçılıq edərmiş; 2. Qax r-nunun Muğal i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrə aid mənbələrdə Əmircanlı variantında qeydə alınmışdır. Yaşayış məntəqəsi XVIII əsrdə İlisu və Sarıbaş kəndlərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əmircanlı orada məskunlaşmış bir nəslin adıdır.[1]
Əhalisi
redaktə- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Əmircan (mənbədə "Əmircalı") kəndində milli tərkibi ləzgilərdən, muğallardan və bəylərdən ibarət 78 ailə yaşayırdı.[2] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- Kənd əhalisini əsasən azərbaycanlılar, az bir qismini isə saxurlar təşkil edir.[3]
- 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ləkit kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2603 nəfər (1274 nəfəri kişilər, 1329 nəfəri qadınlar) əhali yaşayırdı.[4]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Əmircan kəndində 151 təsərrüfatda hər iki cinsdən toplam 561 nəfər əhali yaşamaqdadır.[5]
- Əhali əsasən maldarlıq və fındıqçılıqla məşğul olur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu[ölü keçid]
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |