Elizade Necefov - Wikipedia
Əlizadə Nəcəfov (tam adı: Nəcəfov Əlizadə Şəmil oğlu) — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri,[1] tarix üzrə fəlsəfə doktoru.
Əlizadə Nəcəfov | |
---|---|
Əlizadə Şəmil oğlu Nəcəfov | |
Doğum tarixi | |
Doğum yeri | İmişli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri |
Kitabxanaşünaslıq Biblioqrafiyaşünaslıq Kitabşünaslıq |
Elmi dərəcəsi | tarix elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | ADPU |
Mükafatları | "Dövlət qulluğunda fərqlənməyə" görə medalı |
Həyatı və təhsili
redaktə1954-cü il dekabrın 11-də İmişli rayon Muradxanlı kəndində anadan olub. 1975-ci ildə İmişli şəhər 2 saylı orta məktəbini bitirib.
Elmi-pedaqoji fəaliyyəti
redaktəAli təhsillidir. 1980-ci ildə Bakı Dövlət Universitetini kitabxanaşünas-biblioqraf ixtisası üzrə bitirib. 2001-ci ildə "Azərbaycan Respubilikasının Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin tarixi (1923–1980-ci illər)" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək tarix elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır[2]. 1980–1993-cü illərdə Şüşa Mədəni-Maarif məktəbində müəllim, şöbə müdiri vəzifələrində çalışmışdır. 1993–2000-ci illərdə ADPU-nun Şuşa filialında baş müəllim, tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2000–2006-cı illərdə ADPU-nun Ağcabədi filialında, tədris işləri üzrə direktor müavini, direktor, baş müəllim vəzifələrində çalışmışdır. 2006-cı ildən Azərbaycan Respubilikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri vəzifəsində çalışır. 2006-cı ildən ADPU-nun Ağcabədi filialında, yarımştat əvəzçilik üzrə baş müəllim vəzifəsində çalışır.
Elmi əsərləri
redaktə- Şuşa Mədəni-Maarif Texniumu. Bakı, Ergün, 1996. 61 s.
- M.N. Nəvvab Qarabağinin əsərinin nəşri və tədqiqi tarixindən. Bakı, Ergün, 1997, 80 s.
- Ə.Əhmədin yaradıcılığmda təlim-tərbiyə məsələləri. Bakı, Elm, 1999,136 s.
- Azərbaycan Respublikasmm Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin tärixindən (1923–1990-cı illər). Bakı, Səda, 2000, 340 s.
- Xankəndi Pedeqoji İnstitutu. Bakı, Səda, 2000, 334 s.
- Bəxtəvərsən, könlüm… (Həsən Küskünün yaradıcılığmda təlim-tərbiyə məsələləri haqda). Bakı, Səda, 1997
- Xəqani Məmınədov-Bibliqorafiya. Bakı, Milli kitabxana,2010,13 1 s.
- Gövhər Ağa Cavanşirin maarifçilik fəaliyyəti. Bakı, 2017. 131 s.
- Şuşa Mədəni-Maarif Məktəbinin kitabxanaçıiıq şöbəsində orta təhsilli kadr hazırlığı təcrübəsindən. Azərbaycanda kitabxanaçı kadrların hazırlanması, ADU, 1987 s. 111–117.
- Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin inkişafı (1946–1952-ci illər). M.F.Axundov ad. Azərbaycan Dövlət Kitabxanasmın elmi əsərləri, Bakı, 1988.
- Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin inkişaf tarixindən (1923–1928-ci illər). M.F.Axundov ad. Azərbaycan Dövlət Kitabxanasınm elmi əsərləri, Bakı, 1988.
- Bakı Mədəni-Maarif Məktəbi. ADPU-nin xəbərləri, Bakı, 1998.
- . Şuşa Mədəni-Maarif Məktəbinin meydana gəlməsi və fəaliyyətin ilk dövrii (1980–1985-ci illər). ADPU-nin xəbərləri, Bakı, 1998
- Avropa Şurasınm Parlament Assambleyasında Azərbaycan reallıqları-Xalq öz seçimini bilir'-Azərbaycan Respublikasmın Prezidenti İ.Əliyevin AŞPA-dakı siyasi fəaliyyətindən bəhs olunur. Bakı,Araz, 2003, s.3–10.
- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Dağlıq Qarabağ, Ermənistan- Azərbaycan münaqişəsinin həlli sitiqamətindəki fəaliyyəti, (1993–2003-cü illər) "Heydər Əliyev və Azərbaycan elminin inkişafı" kitabı. Bakı,AMİ-nin nəşri, 2003, s.3–10
- Fenomen şəxsiyyət (Ümummilli lider Heydər Əliyevə həsr olunub)-Xalqa bağışlanan ömür", VI kitab. Bakı, Şəms, 2004, s.289–291
- Peyğəmbər simalı insan. BDU-nun xəbərləri, kitabxanaşünaslıq-biblioqrafıya seriyası, 2006, No 12, s. 116–119
- Heydər Əliyev Azərbaycanda yaşayan ən böyük Azərbaycanlıdır-"FIeydər Əliyev və Ağcabədi" kitabı. Bakı, Şur, 2008, s.207–2015
- "Bir ömrün muğam dünyası-Muğamm sədası" kitabında . Bakı, Şur, 2008, s. 197–210
- M.M.Nəvvabm dini baxışları. Bakı, 2009, Cəmiyyət və din jur. N°2 s. 167–181
- Yaddaşlarda yaşayan şair. H.Küskiin köç eylədi dünyadan. Bakı, Yazıçı, 2009, s.41–49
- Yad et məni. H.Küskün köç eylədi dünyadan (2-ci məqalə) Bakı, Yazıçı, 2009 s.50–53
- Mənalı ömrün sədası. M.İsazadə-Qırılan ümidlərin harayı. Ağcabədi, 2012, s.4–12
- Dünyanm yaşıdı Kəbirli eli.- Bakı, 2013, s.3–12
- Vətən əsirli şerlər.- İ. Mürşüdlü: Ürəyimin bir parçası.2014. s.3–5.
- Heydər Əliyev və Azərbaycan gəneliyi. AMI-nin əsərləri, 2014.
Mükafatları
redaktə25 iyun 2014-cü il "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[3]
İstinadlar
redaktə- ↑ "Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin saytı". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-20.
- ↑ Azərbaycan Dövlət Pedaqoji Universitetinin saytı[ölü keçid]
- ↑ Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalaylb