Elisefa Azayev - Wikipedia
Azayev Əlisəfa Soltan oğlu — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993).[1]
Əlisəfa Azayev | |
---|---|
Əlisəfa Soltan oğlu Azayev | |
Doğum adı | Əlisəfa Azayev |
Doğum tarixi | 1 iyul 1951 (73 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı, ədliyyə müşaviri |
Fəaliyyət illəri | 1970-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Həyatı
redaktəƏlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968–1970-ci illərdə M. Ə. Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971–1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib.[2] Daha sonra hərbi ximəti yollanıb.[1]
Əlisəfa Azayev 1973–1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.[2] 1979–1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982–1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib. Ədliyyə orqanlarında çalışıb. Həmçinin 1992–1996 Bakı Dövlət Universitetində Konstitusiya hüququ üzrə aspiranturada təhsilini davam etdirib. Əlisəfa Azayev 1995–2016-cı illərdə Siyəzən Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində çalışıb. Ədliyyə Müşaviridir.[1]
Mükafatları
redaktəƏlisəfa Azayev 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinin və PEN klubun birgə təsis etdiyi İsmayıl bəy Qutqaşınlı adına mükafat almışdır. O, həmçinin 2016-cı ildə yaxşı xidmətlərinə görə Ədliyyə Nazirliyinin Ədliyyə döş nişanı ilə mükafatlandırılmışdır.
Əsərləri
redaktə- Yeddi il sonra, B., Gənclik, 1979, 104 səh.
- Çin qızılgülü, B., Yazıçı, 1987, 126 səh.
- Gecə yarı sui-qəsd, B., Gənclik, 1991, 198 səh.
- Kürdəmir şəhidləri, B., Şur, 1995, 160 səh.
- Sirli qətl, B., Azərnəşr, 1996, 164 səh.
- Gözlənilməz hadisə, B., Azərnəşr, 1996, 136 səh.
- Amansız qatil, B., Zaman, 1997, 156 səh.
- Qürbət ellərdə, B., Gənclik, 2000, 217 səh.
- Əsgər anası, B., Gənclik, 2000, 178 səh.
- Prokuror qızı, B., Gənclik, 2001, 170 səh.
- Sahildə qətl, B., Gənclik, 2002, 238 səh.
- Qatarda hadisə, B., Gənclik, 2002, 236 səh.
- Qanlı gündəlik, B., Gənclik, 2002, 234 səh
- Günahsız məhbus, B., Azərnəşr, 2003, 239 səh.
- Bir gecənin sirri, B., Nərgiz, 2003, 239 səh.
- Gizli əməliyyat, B., Nərgiz, 2003, 204 səh.
- Kapitanın sərgüzəştləri, B., Nərgiz, 2005, 248 səh.
- Qəddarlıq, B., Nərgiz, 2005, 284 səh.
- Bayıl məhbusu, B., Çıraq, 2006. 304 səh.
- İstintaq sirri, B., Çıraq, 2006. 292 səh.
- Xəyanət qorxusu, B., 2007, 272 səh.
- Gecə yarı sui-qəsd, B., Qanun, 2004, 256 səh.
- Sirli qətl, B., Qanun, 2005, 252 səh.
- Gözlənilməz hadisə, B., Qanun, 2006, 280 səh.
- Prokuror qızı, B., Qanun, 2007, 280 səh.
- Amansız qatil, B., Qanun, 2007, 328 səh.
- Səadət sorağında, B., Qanun, 2007, 328 səh.
- Əsgər anası, B., Qanun, 2008, 224 səh.
- Vahimə, B., Təknur, 2010, 201 səh.
- Aspirantın taleyi, B., Təknur, 2011, 207 səh.
- Qorxulu oyun, B., Təknur, 2012, 223 səh.
- Casusun ifşası, B., Təknur, 2014, 183 səh.
- Məhkumun fəryadı, B., Təknur, 2017, 191 səh.
- Ölüm qorxusu, B., Təknur, 2018, 255 səh.
- Fədakarlıq anı, B., Qanun, 2018, 240 səh.
- Sənət eşqi, B., Maarif, 2022, 328 səh.
- Tanrı payı, B., Maarif, 2022, 282 səh.
- Kürdəmir həqiqətləri, B., Maarif, 2022, 320 səh.
- Əzəl qanun, B., Maarif, 2022, 400 səh.
- Mühakimə, B., Maarif, 2022, 320 səh.
- Məhkəmə hekayətləri, B., Maarif, 2022, 320 səh.
- Mayorun iş günləri, B., Maarif, 2022, 320 səh.
- Nifrətdən güclü, B., Maarif, 2022, 320 səh.
- General qətiyyəti, B., Maarif, 2022, 372 səh.
- Mübariz cəsurluğu, B., Maarif, 2023, 420 səh.
- Qarlı zirvə, B., Maarif, 2023, 322 səh.
İstinadlar
redaktə- ↑ 1 2 3 "Azayev Əlisəfa Soltan oğlu" (PDF) (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 "Qələminə və mövzularına sadiq yazıçı" (Azərbaycan). anl.az. 28-6-2014 tarixində arxivləşdirilib.