Eliabad Zaqatala - Wikipedia
Əliabad — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılmışdır.[1]
Əliabad | |
---|---|
41°28′42″ şm. e. 46°37′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 262 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6218 |
Tarixi
redaktəTarixi abidələri
redaktəTarixi abidələr: Pəri qala, qədim qəbristanlıq, Cümə məscidi[2], Mada Əlinin evi, 1000 yaşlı palıd ağacı.
Coğrafiyası və iqlimi
redaktəƏliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Suvagil, Lahıc, Bəhmədli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir. Ərazisi 6089 hektardır.[3]
Əhalisi
redaktə14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Əliabad şöbəsi, Əliabad kənd cəmiyyəti tərkibinə daxil olan Əliabad kəndində 790 evdə sünni etiqadlı müsəlman ingiloylardan ibarət 4.351 nəfər (2.223 nəfəri kişilər, 2.128 nəfəri qadınlar) əhali yaşayırdı.[4]
13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən qəsəbədə 10.394 nəfər (5.147 nəfəri kişilər, 5.247 nəfəri qadınlar) əhali yaşayırdı.[5]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən qəsəbə əhalisi 10.586 nəfər, 1 yanvar 2013-cü il tarixinə isə 10.7 min nəfərdir.[3][6] Rəsmi məlumata əsasən qəsəbə əhalisinin əksəriyyəti azərbaycanlılardır.[3] Qeyri-rəsmi məlumatlara əsasən isə qəsəbə əhalisinin 95 %-ni etnik ingiloylar təşkil edir.[7] Dini mənsubiyyəti, əsasən müsəlman.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Mədəniyyəti
redaktəQəsəbədə 1 mədəniyyət evi, 3 klub, 4 kitabxana, 2 rabitə şöbəsi, 1 elektron ATS, 1 yanğınsöndürmə məntəqəsi vardır.
Təhsil
redaktəQəsəbədə 4 ümümtəhsil məktəbi və 3 uşaq bağçası fəaliyyət göstərir.
Səhiyyə
redaktəQəsəbədə 75 çarpayılıq xəstəxana və doğum evi, 6-dan çox aptek mövcuddur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Əliabad Cümə Məscidinin dünəni və bugünü Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine. kulturaplus.az, 30.06.2015 (az.)
- ↑ 1 2 3 Bələdiyyələr // Zaqatala-ih.gov.az
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Zaqatala rayonu[ölü keçid]
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
- ↑ SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Inghiloi of Azerbaijan Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
Həmçinin bax
redaktə Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |