Eliaga Aslan - Wikipedia
Əliağa Aslan — Şair.
Əliağa Aslan | |
---|---|
Əliağa Aslan | |
Doğum tarixi | |
Doğum yeri | Qaracallı kəndi, Qubadlı |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Fəaliyyəti | şair |
Həyatı
redaktəƏliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur.
1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır.
Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir.
Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir.
Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Kitabları
redaktə- "Ayrılıqlar içində"
- "Kərəm ahı"
- "Ayrılıqlar sevgilərdən başlayır"
- "Məni sən öyrətdin ayrılıqlara"
- "Mən dünyaya qərib gəldim"
- "Bu dünya qonaq saxlamır"
- "Və ölümündən sonra çap olunan" "
- "Qəfil gələn ayrılıq"