Eli Zalov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əli Zal oğlu Zalov (23 may 1966, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan alimi, kimya elmlər doktoru, professor.
Əli Zalov | |
---|---|
Əli Zal oğlu Zalov | |
Doğum tarixi | 23 may 1966 (58 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | analitik kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Elmi rəhbərləri |
Abel Məhərrəm oğlu Mustafayev Nailə Allahverdi qızı Verdizadə |
Həyatı
redaktəƏli Zalov 23 may 1966-cı ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. 1983-cü ildə Cəbrayıl şəhər 1 saylı orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1986-cı illərdə ordu sıralarında xidmət etmiş, 1991–1994-cü illərdə isə ADPU-nun analitik və fiziki kimya kafedrasının aspirantı olmuşdur. 1997-ci ildə prof. N. A. Verdizadənin rəhbərliyi ilə "Molibden və volframın kükürd- və azotlu liqandlarla komplekslərinin tədqiqi və onların fotometrik analizdə tətbiq mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi, 2017-ci ildə "Bəzi d- və f-keçid elementlərinin 2-hidroksitiofenol, onun törəmələri və hidrofob aminlərlə müxtəlifliqandlı kompleksləri fotometrik analizdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2022-ci ildə professor elmi adı almışdır.
Elmi fəaliyyəti
redaktə1992-ci ildən ADPU-nun analitik və fiziki kimya kafedrasının nəzdindəki "Koordinasion birləşmələr" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Ə. Zalov sonra baş elmi işçi vəzifəsini tutmuş, kafedrada baş müəllim və dosent kim kimi əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışır.[1] O, 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə "XXI əsrin gənc alimi" Beynəlxalq Diplomu ilə təltif olunmuşdur. 2012-ci ildə ADPU – nun rektorluğunun qərarı ilə "Fəxri Fərmanla" təltif etmişdir. ADPU-nun "Xəbərlər" nin təbiət elmlər seriyasının redaksiya heyətinin üzvüdür. 2009-cu ildən ADPU Tələbə Elmi Cəmiyyətinin sədri və universitet Elmi şurasının, 2017-ci ildən BDU-da fəliyyət göstərən kimya üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.
Ə. Z. Zalovun elmi fəaliyyəti əsasən müxtəlif d-elementlərinin halogentiofenolyat və hidrofobaminlərlə eyniliqandlı və müxtəlifliqandlı komplekslərin tədqiqi ilə bağlıdır. Molibden, volfram, titan, niobium, tantal, mis, nikel, vanadium və s. metal ionlarının eyniliqandlı hlogentiofenolyat və hidrofobaminlərlə müxtəlifliqandlı komplekslərinin sintezi, spektrofotometrik tədqiqi ilk dəfə Ə. Z. Zalov tərəfindən aparılmışdır. Nəticə etibarilə yuxarıda qeyd olunan metal ionlarının fotometrik təyini üçün 80-dan artıq yüksək dəqiqliyə və həssaslığa malik üsullar işlənib hazırlanmış və müxtəlif təbii və sənaye obyektlərinə tətbiq edilmişdir.
Elmi sahəsi "koordinasion birləşmələr kimyası", istiqaməti "analitik kimya", dar ixtisası "fotometrik və ekstraksiyalı – fotometrik analiz"dir. Onun elmi tədqiqat işlərinin nəticələri müntəzəm olaraq respublika və beynəlxalq jurnallarda çap olunur.
Əsərləri
redaktəƏ. Z. Zalov dərsliyin, dərs vəsaitinin, magistrlər üçün tədris proqramının, metodik vəsaitinin və çoxsaylı elmi məqalə və məruzə tezisinin (o cümlədən 100-dən artıq xaricdə olmaqla) müəllifidir. Onun muəllifi olduğu elmi məqalələr Hindistanda, Pakistanda, Slovakiyada, Rusiyada, İngiltərədə, ABŞ-da, Misirdə, Almaniyada nəşr edilmişdir.[2][3][4][5][6]
Kitabları
redaktə- Kimyadan məsələ və çalışmalar (N.Verdizadə, K.Quliyev, T.Əmrahovla birlikdə) ( 1998). 576 s.
- Biz kimya əhatəsində (N.Verdizadə, K.Quliyevlə birlikdə) ( 1999). 108 s.
- Kimyadan yoxlama testlər (N.Verdizadə, K.Quliyevlə birlikdə) (1999). 150 s.
- Kimyadan 555 test (N.Verdizadə, K.Quliyevlə birlikdə) (1999). 132 s.
- Kimyəvi elementlər aləmində (N.Verdizadə, K.Quliyevlə birlikdə) (I kitab) (1999). 116 s.
- Kimyəvi elementlər aləmində (N.Verdizadə, K.Quliyevlə birlikdə) (II kitab) (2003). 150 s.
- Analitik kimya cədvəl və sxemlərdə (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2000). 107 s.
- Kimya (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2002). 704 s.
- Домашние задания школьников (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2002). 125 s.
- Qısa kimya kursu (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2003). 220 s.
- Kompleks birləşmələr və onların analizdə tətbiqi (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2005), 79 s.
- Analitik kimyadan testlər (N.Verdizadə, H.İbrahimovla birlikdə) (2009). 312 s.
- Oksidləşmə reduksiya reaksiyaları(N.Verdizadə, K.Quliyevlə birlikdə) (2007). 160 s.
- Kimya kursu (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2010), 592 s.
- Üzvi reagentlərin analitik kimyada tətbiqi (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2010). 336 s.
- Qravimetrik analiz (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2014). 156 s.
- Üzvi kimydan praktikum (N.Ə.Əkbərov, İ.A.Cəfərovla birlikdə)(2018), 364 s.
- Praktikum po orqaniçeskoy ximii (N.Ə.Əkbərov, İ.A.Cəfərovla birlikdə) (2019), 460 s.
- Çoxqat karbon-karbon rabitəsinə birləşmə (N.Novruzova ilə birlikdə) (2019). 124 s.
- Üzvireagentlərinqeyriüzvianalizdətətbiqi (suallarvəcavablarda) (2019). 410 s.
- Analitik kimya (N.Verdizadə, K.Quliyevlə birlikdə) (2019). 464 s.
- Analitik kimya (H.İbrahimovla birlikdə) (2019). 273 s.
- Müasir təlim texnologiyaları (kimya elmləri üzrə) fənnindən praktikum (R. Məmmədova ilə birlikdə) (2019). 150 s.
- Hidroksitiofenolların analitik kimyada tətbiqi (2019). 317 s.
Məqalələri
redaktə- Aliyev S.G. ,Zalov A.Z., Verdizadeh N. A. Suleymanova G. S. Ibrahimova Sh. A.
- Extraction-photometric determination of cobalt (II) with o-Hydroxythiophenol derivatives and hydrophobic amines//International Journal of Chemical Studies, India,2017,V. 5, № 3, pp.382-386.
- Novruzova N.A. Mamedova R.K. Maharramov A.M.ЗаловА.З., IbrahimovaSh.A. Verdizade N.A.
- Aliyev S. G. Extraction-spectrophotometric study on the complex formation in the cobalt (II) - 4-hydroxy-3-thiolbenzoic acid - diphenylguanidine system//International Journal of Innovative Science, Engineering & Technology, India, 2017, V. 4, № 6. pp. 231-242.
- Mamedova R.K, Aliyev S.G. , Zalov A.Z., Hasanova N.S, Verdizadeh N. A. Extraction-spectrophotometric study of ternary complexes of Cr (VI) using o-hydroxythiophenols and aminophenol//International Journal of Chemical Studies, India, 2017, V. 5, № 4 pp.1255-1262.
- Maharramov A.M., Ibrahimova Sh. A., Verdizadeh N. A., Isgenderova K. O. , Zalov A.Z., Extraction-spectrophotometric determination of cobalt (II) in a liquid-liquid extraction system containing 4-nitro-2-hydroxythiophenol and diphenylguanidine, determination of cobalt (II) in steel //International Journal of Chemistry Studies, India, 2017, V.1, № 1, pp.8-13
- Maharramov A.M., ,Zalov A.Z., Gasimova Y.C. Kuliev K.A. Extraction-spectrophotometric determination of copper (II) with 1-(2-metoxiphenylamin)-3-metoksipropanthiol-2//International Journal of Chemical Studies, India, 2017, Vol. 5, № 5 pp. 635-640.
- Залов А.З., Ибрагимова Ш.А., Вердизаде Н.А., Гаджиева А.Б. Аналитическое применение ионных ассоциатов молибдена и вольфрама с 2-гидрокси-5-бромтиофенолом и гидрофобными аминами //Azərbaycan kimya jurnali, Bakı, Elm, 2017, № 4, c. 39-49.
- Aliyev S. G., Askerova Z.G., Gasimova Y.C. , Zalov A.Z., Complex formation in a liquid-liquid extraction system containing nickel (II), 2-hydroxy-5-nitrothiophenol and hydrophobic amines// International Journal of Innovative Science, Engineering & Technology, India 2018, Vol. 5 № 2, pp.54 -64.
- Maharramov A. M., Aliev S. G., , Zalov A.Z., Verdizadeh N.A.,Hasanova N.C. Complex formation of chromium (VI) with 2-hydroxy-5-bromothiophenol in the presence of di- and triphenylguanidine//IJISET - International Journal of Innovative Science, Engineering & Technology, India, 2018, Vol. 5 №3, pp.47-60.
- Aliyev S.G., Ismailova R.A., Suleymanova E.I, Magarramova L.M., Sultanzadeh S.S.
- Asgerova Z. G. ,Zalov A.Z., Spectrophotometric investigation of complex formation of nickel (II) with 2-hydroxy-5-nitrothiophenol and aminophenols//International Journal of Innovative Science, Engineering & Technology, India, 2018,Vol. 5 № 3, pp.192-206.
- НоврузоваН. А., МамедоваР.А., ЗаловА.З., Вердизаде Н. А.Изучениереакциикомплексообразованиявольфрамас 2-гидрокси-5-бромтиофеноломиаминофенолами //Kimya problemləri, Bakı, AMEA,2018, №1, С.105-113.
- Zalov A.Z., IbrahimovaSh.A. Hasanova N.S. Extraction-spectrophotometric study of ternary complexes of Cr (VI) and Co (II) using o-hydroxythiophenols and aminophenol //International Journal of Chemistry Studies, India, 2018, V. 2 № 3, pp. 17-24.
- Aliyev S.G., Suleymanova E.I., Magarramova L.M., IbrahimovaSh.A. , Zalov A.Z., Liquid-liquid extraction and spectrophotometric characterization of a new ternary ion-association complex of cobalt(II)//International Journal of Innovative Science, Engineering & Technology, India,2018, V. 5, №8, pp.52-62.
- Maharramov A.M., IbrahimovaSh.A. , Zalov A.Z., Suleymanova G. S., Mamedova Sh. A., Verdizadeh N. A. Extraction study on the colour reaction for cobalt (II) with the 2-hydroxy-5-nitrothiophenol -di-, triphenylamine - water - chloroform system // Journal of Applied Science, India, 2018, V.4, № 7, pp.21-33.
- Zalov A.Z., Kuliev K.A., Shiralieva S.M., Askerova Z.Q.Extraction-spectrophotometric study on the complex formation in the nickel (II)- 4-hydroxy-3-thiolbenzoic acid - diphenylguanidine system //İndoamerican journal of pharmaceutical sciences, IAJPS, India-America, 2018, Vol.5, № 12, V.5, № 12, pp. 15681-15689.
- Aliyev S.G. , Ibrahimova Sh.A. Asgerova Z. G. , Zalov A.Z. Research into complex farmattion of cobalt (II) and nickel(II) with 2- hydroxyl-5-nitrothiophenol and diphenylguanidine //Chemical problems, Bakı, AMEA, 2018, №2 (16), pp. 196-204.
- Zalov A.Z., Mamedova R.K., Novruzova N.A., Mirzaeva M.A., Hasanova N.S. Salahova F.İ. Extraction-spectrophotometric study on the chromium (VI)-2-hydroxy-5-bromothiophenolhydrophobic amines-water-chloroform system and its analytical application // International Journal of Chemical Studies, India, 2018, V. 6, № 6, pp. 1245-1251
- Verdizadeh N.A. , Aliyev K.R., , Zalov A.Z., Abaskulieva U.B., İskenderova K.O., Bakhsieva U. Sh. 3-Phenil -2,4-tiazolidindion as an analytical reagent for extraction-photometric determination of nickel(II) // International Journal of Chemical Studies, India, 2018, V. 6, № 6, pp. 2258-2262.
- Zalov A.Z., Kuliev K.A., Babaeva G.V., Bakhsieva U. Sh., Astanova A.D. Extraction study on the colour reaction for cobalt (II) with the 2-hydroxy-5-nitrothiophenol -di-, triphenylamine - water - chloroform system// İnternational engineering science and technology, Berlin 2018, V.5, № 6 pp.9129-9136.
- Zalov A.Z., Kuliev K. A., MammadovaSh.A. , İsganderova K. O., Efendieva N.N. Extraction- photometric determination of iron in fruit, berries and in natural waters // International Journal of Chemical Studies, İndia, 2019, V.7, № 1, pp. 2379-2384.
- Zalov A.Z., Kuliev K.A., Shiralieva S.M. Mammadova Sh.A., Aliyeva K.R. Gahramanov S.N. Extraction- photometric determination of cobalt (II) with 5 - (4 - Hydroxybenzylidene) - 2, 4 -tiazolidindion in different objects // Journal of Pharmacognosy and Phytochemistry, İndia, 2019, V.8, №1, pp.2612-2616.
- Kuliev K. A., , Zalov A.Z., İbrahimov H.İ., Suleimanov G.S., Novruzova N. A., BakhshievaU.Sh.Liquid-Liquid Extraction and Spectrophotometric Determination of Mercury(II) with 2, 6-Dithiolphenol and its Derivatives in The Presence of Hydrophobic Amines // Journal of Multidisciplinary Engineering Science and Technology.İndia, 2019, V.6, №1, pp.9600-9611.
- Zalov A.Z., Kuliev K.A., Akberov N.A., Abasgulieva U.B. , BakhsievaU.Sh. Composition and extraction of tungsten(VI) complexes with 2-hydroxy-5-bromtiphenol and aminophenol //Chemical problems, Baku, AMEA, 2019, №1 (17), pp. 50-57.
- Kuliev K.A., Zalov A.Z., Verdizade N.A., Suleymanov G.S.Study of uranium (VI) complexation with dithiophenols and hydrophobic amines // Russian Journal of inorganic chemistry, Moscow, 2019, V. 64, №12, 1522–1531.
- Залов А.З., Ибрагимова Ш.А.Экстракционно-фотометрическое определе-ние кобальта (II) гидрокситиофенолом и гидрофобными аминами // Известия Саратовского Университета. СерияХимия. Биология.Экология, Саратов, 2019, № 4, pp1522-1531.
- Zalov A.Z., Verdizade N.A., Babaeva G.V., IbrahimovaSh.A. Complex formation and Liquid -liquid extraction of the cobalt (II) 2-hydroxythiophenol and its dervatives in The Presence of Hydrophobic Amines // Azerbaijan chemical journal, Bakı, AMEA, 2019, №4, рр.
- Залов А.З., Кулиев К.А., Салахова Ф.И. Изучение реакции комплексообразования вольфрама с 2-гидрокси-5-бромтиофенолом и аминофенолами // Известия высших технических учебных заведений Азербайджана, АГНПУ, 2019, Т.21, №6, С.25-35.
- Zalov A.Z., Novruzova N.A. MammadovaSh.A. Huseinova G.А. Application of 2-(Piperidinomethyl)-4-Methylphenol for Extraction Spectrophotometric Determination of Iron // Chemistry Research Journal, Delhi ,2020, V. 5, №1, pp.137-144.
- Zalov A.Z., Suleimanov G.S., Новрузова Н.А., Askerova Z.G.Extraction- photometric determination of cobalt (II) with 2-hydroxy-5-nitrothiophenol and diphenylguanidine/Kon.mat. Actual problems of modern nature and economic sciences, Ganja, 2019, V. 1, pp.99-101.
Təltifləri
redaktə- ADPU-nun 90 illik yubileyində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" ADPU rektorunun "Fəxri fərman"ı ilə təltif edilmişdir.[7]
- ADPU-nun 100 illik yubileyində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir.[7]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
- ↑ Aliyev S. G. , Zalov A. Z., Verdizadeh N. A. Suleymanova G. S. Ibrahimova Sh. A. Extraction-photometric determination of cobalt (II) with o-Hydroxythiophenol derivatives and hydrophobic amines//International Journal of Chemical Studies, India,2017, V. 5, № 3, pp.382–386.
- ↑ Залов А.З., Ибрагимова Ш.А., Вердизаде Н.А., Гаджиева А.Б. Аналитическое применение ионных ассоциатов молибдена и вольфрама с 2-гидрокси-5-бромтиофенолом и гидрофобными аминами //Azərbaycan kimya jurnali, Bakı, Elm, 2017, № 4, c. 39–49.
- ↑ Zalov A. Z., IbrahimovaSh. A. Hasanova N. S. Extraction-spectrophotometric study of ternary complexes of Cr (VI) and Co (II) using o-hydroxythiophenols and aminophenol //International Journal of Chemistry Studies, India, 2018, V. 2 № 3, pp. 17–24.
- ↑ Maharramov A. M., IbrahimovaSh. A. , Zalov A. Z., Suleymanova G. S., Mamedova Sh. A., Verdizadeh N. A. Extraction study on the colour reaction for cobalt (II) with the 2-hydroxy-5-nitrothiophenol -di-, triphenylamine — water — chloroform system // Journal of Applied Science, India, 2018, V.4, № 7, pp.21–33.
- ↑ Zalov A. Z., Novruzova N. A. MammadovaSh. A. Huseinova G.А. Application of 2-(Piperidinomethyl)-4-Methylphenol for Extraction Spectrophotometric Determination of Iron // Chemistry Research Journal, Delhi ,2020, V. 5, № 1, pp.137–144.
- ↑ 1 2 ADPU-nun bir qrup məzununa diplom və fəxri fərmanlar təqdim edildi[ölü keçid]