Eli Suheyli - Wikipedia
Əli Süheyli (fars. علی سهیلی; 1896[1], Təbriz – 1 may 1958, London) — Rza şah Pəhləvinin dövründə İranın baş naziri (vəziri), diplomat və dövlət xadimi.
Əli Süheyli | |
---|---|
9 mart 1942, 15 fevral 1943 – 9 avqust 1942, 6 apral 1944 | |
Əvvəlki | Məhəmmədəli Füruği, Əhməd Qəvam |
Sonrakı | Əhməd Qəvam, Məhəmməd Said |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | London |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli Süheyli, Təbrizdə yoxsul bir ailədə dünyaya gəlib. Mahmud Cəm kabinetində xarici işlər naziri idi. O, digər kabinetlərdə Kirman ostanının qubernatoru (ostandarı) və daxili işlər naziri də olmuşdur.
İran hökuməti Azərbaycan məsələsindən ciddi şəkildə narahat olmağa başlamışdı. Avqust ayının 28-də təşkil olunmuş Məhəmmədəli Füruği hökumətində Xarici İşlər naziri vəzifəsini tutan Mirzə Əli xan Sühеyli xarici ölkələrdəki İran diplomatik korpuslarına gizli tapşırıq vеrmişdi ki, şurəvi təhlükəsinə qarşı dayanmaq üçün ingilis mеylinə üstünlük vеrsinlər və Azərbaycan məsələsi ilə ciddi məşğul olsunlar. O, Ankaradakı İran səfirinə yazırdı: "Əgər İşlər bundan sonra da bеlə davam еtsə, onda biz Azərbaycanı itirəcəyik".[2]
Üç müttəfiq dövlət başçılarının Tehran konfransında Franklin Delano Ruzvelt, İosif Stalin və Vinston Çörçill öz aralarında və İranın baş naziri Mirzə Əli Süheyli ilə məsləhətləşəndən sonra 1943-cü il dekabrın 1-də Tehranda imzaladıqları “Üç dövlətin İran haqqında bəyannaməsi”ndə üçtərəfli müqavilədəki öhdəliklər bir daha təsdiq olun-muşdu: “Birləşmiş Ştatlar, SSRİ və Birləşmiş Krallığın hökumətləri İran hökumətinin İranın tam müstəqilliyini, suverenliyini və ərazi toxunulmazlığını saxlamaq arzusunda onunla həmrəydirlər. Onlar belə nəticəyə gəlirlər ki, İran hər dörd hökumətin imzaladığı Atlantika xartiyasının prinsiplərinə müvafiq olaraq digər sülhpərvər millətlərlə birlikdə müharibədən sonra beynəlxalq sülhün, təhlükəsizliyin və tərəqqinin bərqərar olmasında iştirak edəcəkdir” [3]
Mənbə
redaktə- 'Alí Rizā Awsatí (عليرضا اوسطى), Iran in the Past Three Centuries (Irān dar Se Qarn-e Goz̲ashteh - ايران در سه قرن گذشته), Volumes 1 and 2 (Paktāb Publishing - انتشارات پاکتاب, Tehran, Iran, 2003). ISBN 964-93406-6-1 (Vol. 1), ISBN 964-93406-5-3 (Vol. 2).
İstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France Ali Soheily // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Azərbaycan Rеspublikası, MDYTA, f.28, s.4, i.2, v.38.
- ↑ Советский Союз на международных конференциях периода Великой Отечественной войны 1941-1945 гг. В 6-ти т. Т. 2 (Тегеранская конференция руководителей трех союзных держав – СССР, США и Великобритании (28 ноября – 1 декабря 1943 г.), M.: Политиздат, 1984, 176 с.158.