Eli Mahir Basarir - Wikipedia
Əli Mahir Başarır (1975, Tarsus) — TBMM 27-ci çağırış millət vəkili, türk siyasətçi, hüquqşünas.
Əli Mahir Başarır | |
---|---|
Vəzifədədir | |
24 iyun 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Mersin 2023 — Mersin |
TBMM Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini | |
Vəzifədədir | |
3 iyun 2023-cü ildən | |
Əvvəlki | Özgür Özəl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəƏli Mahir Başarır 3 sentyabr 1975-ci ildə Mersinin Tarsus ilçəsində anadan olub. İbtidai, orta və tam orta təhsilini Tarsusda bitirmişdir. Əli Mahir Başarır Mərmərə Universitetinin Hüquq fakültəsini bitirib və həmin universitetdə Mülki Hüquq sahəsində magistr təhsilini tamamlayıb. O, İstanbulda vəkil olaraq işləməyə başlamış, Maltepe İdman Klubu və Kartal İdman Klubunda menecer vəzifəsində çalışmışdır.
Ailəsi
redaktəƏli Mahir Başarir evlidir və iki övladı var.
Siyasi fəaliyyəti
redaktə12 sentyabr çevrilişindən sonra bağlanan Cümhuriyyət Xalq Partiyası 1992-ci ildə yenidən fəaliyyətə başladıqdan sonra Əli Mahir Başarır Cümhuriyyət Xalq Partiyasının Tarsusda təşkilatlanmasında fəal iştirak edərək aktif siyasətə qatılmışdlr. 2011-ci il tarixli Türkiyə parlament seçkilərində ilk dəfə Cümhuriyyət Xalq Partiyasından Mersin millət vəkili namizədi olan Əli Mahir Başarır 24 iyun 2018-ci il tarixli Türkiyə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası sıralarından Mersin millət vəkili seçilərək parlamentə daxil olub. Əli Mahir Başarır hal-hazırda TBMM Konstitusiya Komitəsinin üzvüdür.
Partiya fəaliyyəti
redaktəƏli Mahir Başarır 25 – 26 iyul 2020-ci il tarixlərində keçirilmiş Cümhuriyyət Xalq Partiyası 27-ci Qurultayında Partiya Məclisinin üzvü seçilmişdir.