Eli Memmedov Milli Qehreman - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Əli Məmmədov (12 avqust 1955 və ya 11 avqust 1955, Naxçıvan – 1 oktyabr 1992 və ya 24 sentyabr 1992, Laçın rayonu və ya Laçın) — polis kapitanı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Əli Məmmədov | |
---|---|
Əli Hüseyn oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Laçın rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbəsi | Kapitan |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəƏli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır. Əli Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır.
Döyüşlərdə iştirakı
redaktəƏli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.
Ailəsi
redaktəAiləli idi, iki övladı yadigar qalıb.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 195.