Eli Bayramli Rayonu - Wikipedia
Əli Bayramlı rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1930–1963-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Əli Bayramlı şəhəri olmuşdur.
Əli Bayramlı rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 8 avqust 1930 |
Ləğv olunub | 4 yanvar 1963 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəƏli Bayramlı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 24 yanvar 1939-cu il tarixində Əli Bayramlı rayonunun 5 kənd sovetliyi Qazıməmməd rayonuna birləşdirilmişdir. Əli Bayramlı rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.
4 dekabr 1959-cu il tarixində Qazıməmməd rayonu ləğv edilmiş, ərazisi Əli Bayramlı rayonuna birləşdirilmişdir.[1]
1961-cı il tarixli məlumata görə rayona 2 şəhər (Əli Bayramlı və Qazıməmməd şəhərləri), 1 şəhər tipli qəsəbə (Qaraçala) və 16 kənd sovetliyi (Azadkənd, Atbulaq, Vladimirovka, Güdəcühür, Kalinov, Qarabağlı, Qarasu, Minbaşı, Moranlı, Muğan Gəncəli, Navahı, Rəncbər, Udullu, Xələc, Çöl Beşdəli, Şıx Salahlı) daxil olmuşdur.[2]
Əli Bayramlı rayonu 4 yanvar 1963-cü il tarixində ləğv edilmiş, ərazisi Sabirabad, Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölünmüşdür.[3]
Əhali
redaktə1939-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 34.734 nəfər olmuşdur. Onların 76,4%-i azərbaycanlı, 18%-i rus, 2,1%-i ukraynalı, 1,1%-i isə ləzgi olmuşdur.[4] 1959-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 76.446 nəfər olmuşdur.[5]
İstinadlar
redaktə- ↑ СССР. Административно-территориальное деление союзных республик : изменения, происшедшие за время с 1/X 1938 г. по 1/III 1939 г. М.: Изд-во Ведомостей Верховного Совета РСФСР. 1939. Arxivləşdirilib 2019-07-24 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2019-07-24. İstifadə tarixi: 2022-01-28.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1961 г. (4000 nüs.). Баку: Азербайджанское гос. изд-во. 1961. səh. 280.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 г. (6000 nüs.). Баку: Азербайджанское гос. изд-во. 1977. səh. 218.
- ↑ "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР". Демоскоп. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09.
- ↑ "Всесоюзная перепись населения 1959 г. Численность наличного населения городов и других поселений, районов, районных центров и крупных сельских населенных мест по регионам союзных республик (кроме РСФСР)". Демоскоп. 2014-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.