Eli Babacan - Wikipedia
Əli_Babacan - Haqqında Məlumat
Əli Babacan (türk. Ali Babacan; 4 aprel 1967[1][2], Ankara) — Demokratiya və Sıçrayış Partiyası (DEVA) sədri. Türkiyənin keçmiş İqtisadiyyat naziri.
Əli Babacan | |
---|---|
türk. Ali Babacan | |
Türkiyənin xarici işlər naziri[d] | |
29 avqust 2007 – 2 may 2009 | |
Əvvəlki | Abdulla Gül |
Sonrakı | Əhməd Davudoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 aprel 1967[1][2] (57 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, mühəndis |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Siyasi fəaliyyəti
redaktəPartiyanın adı və quruluş sənədi 9 mart 2020-ci ildə Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci ildə keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir.[4] Partiyanın abreviaturu olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir.[5]
Şəxsi həyatı
redaktəİngilis dilini çox yaxşı bilən Babacan 1995-ci ildə Ülkü Zeynəb Babacanla ailə həyatı qurub. Mustafa Kərəm, Fatma Dilarə və Hilmi Əmir adlı üç övladı var.[6]
İstinadlar
redaktə- ↑ 1 2 Ali Babacan // Munzinger Personen (alm.).
- ↑ 1 2 Davos 2014 Participant List.
- ↑ 1 2 https://www.workwithdata.com/person/ali-babacan-1967.
- ↑ Ali Babacan, Demokrasi ve Atılım Partisi Genel Başkanı
- ↑ "DEVA anlamı, Haberler.com". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
- ↑ DEVA Partisi — Ali Babacan Özgeçmişi