Elcezair Xalq Demokratik Respublikasi - Wikipedia
Əlcəzair (ərəb. الجزائر) və ya rəsmi adı ilə Əlcəzair Xalq Demokratik Respublikası (ərəb. الجمهورية الجزائرية الديمقراطية الشعبية) — Şimali Afrikada dövlət. Əlcəzair coğrafi baxımdan Məğrib ölkəsi hesab olunur. Ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Şimal-şərqdən Tunis, şərqdən Liviya, cənub-şərqdən Niger, cənub-qərbdən Mali, Mavritaniya və tanınmayan Qərbi Saxara, qərbdən Mərakeş ilə həmsərhəddir. Şimaldan isə Aralıq dənizi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əlcəzair şəhəri, ümumi sahəsi 2,381,741 kvadrat kilometr, əhalisinin sayı 44 milyon nəfərdən çoxdur.[6]
Əlcəzair | |||||
---|---|---|---|---|---|
ərəb. اَلْجُمهُورِيَّة اَلْجَزَائِرِيَّة اَلدِّيمُقرَاطِيَّة اَلشَّعبِيَّة[1] | |||||
| |||||
بالشّعب وللشّعب | |||||
Himn: «قسما» "Qəssəmən" |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Əlcəzair | ||||
İdarəetmə forması | Yarı prezident respublikası | ||||
Prezident | Əbdülməcid Təbbun [19.XII.2019 ~] | ||||
Baş nazir | Nadir Larbaoui [11.XI.2023 ~] | ||||
• Əhali |
|
||||
• Ümumi | 163.472.233.246 $[4], 191.912.889.421 $[4] | ||||
İnternet domeni | .dz | ||||
ISO kodu | DZ | ||||
BOK kodu | ALG | ||||
Telefon kodu | +213 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][5] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəƏlcəzair 6 ölkə ilə həmsərhəddir — Tunis, Liviya, Niger, Mali, Mavritaniya, Qərbi Sahara və Mərakeş ilə.
Tarixi
redaktəMüasir Əlcəzair dövlətinin ərazisində qədim zamanlardə qədim Liviya tayfaları yaşayırdılar. E.ə. IX–II əsrlərdə Əlcəzairin sahilboyu ərazilərində Finikiya koloniyaları yerləşirdi. Bu ərazidə e.ə. III–II əsrlərdə Numibiya dövləti mövcud olmuşdu. E.ə. I əsrdə Əlcəzair ərazisi Roma imperiyası tərəfindən işğal olundu və Romanın əyalətinə çevrildi.
438-ci ildə müasir Əlcəzair dövlətinin də ərazisi daxil olmaqla Şimali Afrikanın sahilboyu əraziləri vandallar tərəfindən işğal olundu. 534-cü ildə Vandal krallığına son qoyan Bizans imperatoru Yustinian (527–565) bu əraziləri öz dövlətinin ərazisinə daxil etdi. VII əsrdə ərəblər tərəfindən işğal olunan Əlcəzair Ərəb xilafətinin tərkibinə daxil edildi. Ölkədə əhali arasında islam dini sürətlə yayılmağa başladı.
1518-ci ildə Əlcəzairin sahilboyu bir sıra şəhərlərini ələ keçirən yerli hakimlər ispan müstəmləkəçilərinin müdaxiləsindən qorxaraq kömək üçün türklərə müraciət etdilər. Nəticədə Əlcəzair ərazisi Osmanlı imperiyasının tərkibinə daxil edildi və onun ərazisi Konstantina, Titteri (Medea) və Maskara (Oran) bəylərbəylikləri arasında bölüşdürüldü. Əlcəzairin sahilboyu ərazilərində dəniz quldurluğu geniş miqyas aldı.
Əlmoravilər
redaktəƏlmohadlar
redaktəƏlcəzair 20-ci əsrdə
redaktəƏlcəzair xalqının XX əsrin 50-ci illərindən etibarən istiqlaliyyət uğrunda mübarizəsi başlandı. Əlcəzair xalqı 1954-cü il noyabrın 1-də üsyana qalxdı. Bu üsyana Milli Qurtuluş Cəbhəsi başçılıq edirdi. Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. Konstitusiyaya görə "milli dəyərlər və islam hüdudlarında sosializm qurmaq" xalqın məqsədi elan olundu. Mstəmləkəçilərlə əlbir olan iri feodalların torpaqları, banklar, sığorta şirkətləri, nəqliyyat vasitələri, elektrik stansiyaları milliləşdirildi. Bununla yanaşı, ticarətdə, yeyinti sənayesində, sənətkarlıq və xidmət sahəsində xüsusi kapitalın mövqeləri saxlandı. 1971-ci ildə keçirilən aqrar islahatlar nəticəsində öz-özünü idarə edən fermerlər, kəndli şirkətləri yaradıldı. 80-ci illərdə vəziyyət pisləşdi. Ərzaqla əlaqədar problemlər meydana çıxdı. 1978-ci ildə ölkənin rəhbərliyində dəyişiklik oldu. Ben Bella Şədli Bencədid əvəz etdi. Yeganə partiya olaraq ölkəni idarə edən Milli Qurtuluş Cəbhəsi həmin adla ictimai təşkilata çevrildi. 1989-cu ildə qəbul edilmiş konstitusiyada çoxpartiyalılığa icazə verildi. Sol təmayüllü partiyalarla yanaşı, təməlçi təşkilatlar meydana çıxdı. Onlardan biri də İslam Qurtuluş Cəbhəsi idi. O, 1991-ci il parlament seçkilərində qələbə qazandı, lakin buna baxmayaraq Qərb ölkələrinin təzyiqi ilə seçkilərin nəticəsi ləğv edildi. Ordu rəhbərliyinin təzyiqi nəticəsində Şədli Bencədid istefa verdi. Ölkənin idarə edilməsi üçün Məhəmməd Budiafın rəhbərliyi ilə Ali Dövlət Komitəsi təşkil edildi, lakin 1992-ci ildə o sui-qəsd nəticəsində öldürüldü. 1995-ci ilin noyabrında keçirilmiş seçkilərdə general Lamin Zerual qələbə çalaraq ölkə prezidenti seçildi. 1997-ci ilin 15 iyun parlament seçkilərində də Zerualın arxalandığı Milli Demokratik Birliyi qələbə qazandı.
Əhali
redaktəMKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Əlcəzair əhalisinin sayına görə dünyada 240 ölkə arasında 34-cü yerdə dayanmaqdadır.[7] Əlcəzair Milli Statistika Ofisinin 2021-ci il tarixininə olan rəsmi təxmininə əsasən Əlcəzair əhalisi 44,700,000 nəfərdir.[8]
Dil
redaktəDil | 20 mart, 1987-ci il əhalinin siyahıyaalınmasına əsasən[9] | |
---|---|---|
Danışanların ana dili | % | |
Cəmi | 22 600 957 | 100.00 % |
Ərəb dili və Fransız dili | 8 090 597 | 35.80% |
Ərəb dili | 2 805 572 | 12.41 % |
Fransız dili | 265 063 | 1.17 % |
Digər | 7 613 552 | 33.69 % |
Təsnif edilməmiş | 3 826 173 | 16.93 % |
İqtisadiyyatı
redaktəƏlcəzair, Afrika qitəsinin ən zəngin ölkələrindən biridir. İllik 113,6 milyard dollarlıq ümumi milli məhsul nəticəsi ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malikdir. Pul vahidi Əlcəzair dinarıdır.
Əlcəzair, əhəmiyyətli bir təbii qaz (istehsalda dünyada 5-ci, ixracatda 4-cü) və neft (istehsalda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır. Ölkənin cənub qərbində dəmir, cənubunda isə uran və sink yataqları var. Bir dövlət şirkəti olan Sonatrach tərəfindən çıxarılan neft və təbii qaz, ölkənin başlıca gəlir qaynağıdır. Əlcəzair, əkinçilik islahatı və ağır sənayenin modernizasiyası yolu ilə] iqtisadiyyatını canlandırmağı yoxlamışdır, ancaq neft və təbii qaz mənşəli məhsullar hələ ixracatın demək olar ki, hamısını meydana gətirir.
Dənizə yaxın seqmentdə əkinçiliyə əlverişli sahələrdə, başda zeytun kimi Aralıq dənizi iqlimi bitkiləri yetişir. Əlcəzair, paxla əkinçiliyində dünyada 1-ci, əncir əkinçiliyində 5-ci, xurma əkinçiliyində 6-cı, ərik əkinçiliyində 9-cu, badam əkinçiliyində 10-cu yerdə gəlir, bununla belə, kənd təsərrüfatı məhsullarının böyük qismini ixrac edə bilməz.
Əlcəzairin xarici borcları 2005-ci ildə 17,5 milyard dollar ikən dekabr ]]2006]]-4,7 milyard dollara düşmüşdü. Ölkə, xarici borclarını yavaş yavaş bağlamaqda, bunda artan neft qiymətlərindən faydalanmaqdadır. Bir OPEK ölkəsi olan Əlcəzair, möhkəm bir iqtisadiyyata malikdir. Neft və təbii qaz gəlirləri xarici borcları azaltmaqda istifadə edildiyi kimi əhəmiyyətli infrastruktur layihələrinin reallaşmasını də təmin etməkdədir.
Təhsil
redaktəƏlcəzairdə 26 universitet və 67 institut fəaliyyət göstərir. Çox milyonlu Əlcəzir əhalisi və 2008-ci ildə qeydə alınan statistikaya əsasən 80.000 xarici tələbə ölkədə təhsil alır. Bu ali təhsil ocaqlarında ən çox hüquq və iqtisadiyyat fakültələrinə, daha sonra elm və tibb sahələrinə önəm verilir. Təhsil ərəb və tarixi səbəblərə görə fransızca verilir.
Mədəniyyəti
redaktəRəssamlarından məşhur Mohamed Racim-i göstərmək olar.
Maraqlı fakt
redaktə- 1827-ci ildə fransalı səfir Əlcəzair hökmdarından alınan borcları və borc faizini ödəməyi tələb etdi. Bundan qəzəblənən hökmdar isə uzun mübahisələr edir, buna etirazını bildirirdi. Sonda hisslərini cilovlaya bilməyən əlcəzairli monarx səfirin alnından yavaşca şapalaq vurdu. Təhqir olunan səfir buna baxmayaraq heç bir reaksiya vermədi. Yalnız 3 il sonra – 1830-cu ildə Əlcəzairi işğal etməyi planlaşdıran Fransa bəhanə kimi 3 il əvvəlki şapalağı bəhanə göstərdi.
- Əlcəzair Şimali Afrikanın ən böyük ölkəsidir.
İstinadlar
redaktə- ↑ Algerian Constitution of 2020.
- ↑ 3 // Constitution of Algeria (ərəb.).
- ↑ https://data.who.int/countries/012.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Arxivlənmiş surət". 2017-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-29.
- ↑ Central Intelligence Agency — CİA Arxivləşdirilib 2021-03-11 at the Wayback Machine — The World Factbook Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine: Country comparison: Population Arxivləşdirilib 2014-08-05 at the Wayback Machine (Algeria population number: 38,813,722 by July 2014 estimation)
- ↑ Office National des Statistiques de l'Algérie Arxivləşdirilib 2018-03-24 at the Wayback Machine: Démographie Algérienne — Année 2013 Arxivləşdirilib 2022-02-21 at the Wayback Machine
- ↑ Special Census Topic 2000 Round (1995–2004) Arxivləşdirilib 2018-11-02 at the Wayback Machine: Volume 2b — Ethnocultural characteristics. Table 5. Population by language, sex, urban/rural residence Arxivləşdirilib 2022-04-16 at the Wayback Machine: each census, 1985–2003 (released: 26 June 2006)
Həmçinin bax
redaktə Afrika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |