El Burgulama Masini - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əl burğulama maşını - hissələrdə deşiklərin açılması üçün işlədilir. Quruluşuna görə onlar düz və bucaqlı olurlar. Əl burğulama maşınları bir, iki, çoxpilləli sürətlərə malik olur. Bundan əlavə fırlanma pilləsiz tənzimlənən reversiv və reversiv olmayan maşınlar da mövcuddurlar. Emal olunan materialın (metal, beton, kərpic, keramika və s.) xassələrindən asılı olaraq fırlanma zərbə ilə də müşayiət oluna bilir ki, bununla deşmədə böyük güc əldə olunur. Əl burğulama maşınlarında xüsusi alətlərin tətbiqi ilə təmizləmə, kəsmə, pardaqlama, mişarlama, frezləmə və digər köməkçi işləri yerinə yetirmək mümkündür. Əl burğulama maşınlarının gövdəsində alət sıxıcısı ilə oxla əlqələndirilmiş iki qütblü elektrik mühərriki yerləşdirilir. Elektrik mühərrikinin valı iki yastıqda oturdulur. Mühərrikin iş zamanı qızmasının qarşısını almaq üçün onun oxuna pərlər quraşdırılır. Valın çıxışında bucaq altında dişli çarx bərkidilir. Bu çarx digər dişli çarxlarla birlikdə şpindellə əlaqələndirilir. İşçini elektrik cərəyanından qorumaq üçün gövdə plastik materialla izolə edilir. Gövdədə həm də maşını işə salmaq üçün dəstək nəzərdə tutulur.