Elekber Bey Xasmemmedov - Wikipedia
Ələkbər bəy Hacıbaba bəy oğlu Xasməmmədov (3 mart 1870, Gəncə, Rusiya İmperiyası – 28 iyun 1925, Bakı, Azərbaycan SSR) — ictimai, siyasi xadimi, hüquqşünas. Gəncə şəhər Dumasının, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Gəncə Müsəlman Milli Komitəsinin, Difai Partiyasının Mərkəzi Komitəsinin üzvü, Qeyrət partiyasının qurucularından biri.
Ələkbər bəy Xasməmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Rusiya İmperiyası |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Partiya |
|
Dini | İslam |
Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Mart soyqırımını araşdırmaq üçün hökumətin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri daha sonra isə Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifələrini icra edib.
Həyatı
redaktəƏləkbər bəy Hacıbaba bəy oğlu Xasməmmədov 3 mart 1870-ci ildə Gəncədə anadan olub.[1] Moskvada hüquq təhsili alıb.[2] Gəncə şəhər Dumasının, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və onun təftiş komissiyasının üzvü olub.[3]
1905-ci ilin yayında Qafqazda yerli idarəetmə orqanlarının təşkili ilə bağlı yaradılan üç nəfərdən ibarət heyətin (Əlimərdan bəy Topçubaşov və Adil xan Ziyadxanovla birlikdə) üzvü seçilib.[4] Bu heyət Gəncə bələdiyyə seçkilərinin nəticələrini təsdiq etdirməli, müsəlmanların yerli idarə orqanlarına seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün müvafiq Rusiya orqanları qarşısında məsələ qaldırmalı idi.[4] Ələkbər bəy 1905-ci ildə Gəncədə yaradılmış Qeyrət partiyasının qurucularından biri olub.[5][6]
1906-cı il fevralın 20-də Azərbaycanlı və erməni nümayəndələrinin Tiflisdə keçirilən "barışdırıcı qurultayında" Gəncə qəzasını Adil xan Ziyadxanla birgə Ələkbər bəy Xasməmmədov da təmsil edib.[7] 1906-cı ildə qurulmuş Difai Partiyasının Mərkəzi Komitəsinin üzvü olub.[8][9]
Fevral inqilabından sonra Gəncədə qurulmuş Müsəlman Milli Komitəsinin 14 üzvündən biri olub.[10][11]
Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra 1918-ci il iyulun 15-də Mart soyqırımını araşdırmaq üçün hökumətin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin olunub.[12][13] Onun rəhbərliyi ilə, 1919-cu ilin noyabrın 1-ə qədər Azərbaycan Cümhuriyyəti ərazisində türk-müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri soyqırımlar haqqında ümumilikdə 36 cilddən-3500 vərəqdən ibarət istintaq materialları toplanıb.[14][15] 1919-cu ildə vəkil Ələkbər bəy Xasməmmədov Azərbaycan Məhkəmə Palatasının böyük sədri təyin edilib.[16][17][18]
Zəngəzur qəzasından parlament üzvlüyünə seçilib və sənədləri etibarnamə komissiyasına təqdim olunub. Lakin daha sonra İstintaq məhkəməsinin sədri təyin olunduğu üçün parlamentin 1919-cu il martın 10-da baş tutmuş iyirmi birinci iclasında Ələkbər bəy Xasməmmədovun dövlət qulluğuna qəbul olunması səbəbi ilə martın əvvəlindən üzvlükdən xaric olunduğu elan olunub.[19]
Aprel işğalından sonra, 28 iyun 1925-ci ildə həbs olunaraq güllələnib.[1][3][20]
İstinadlar
redaktə- ↑ 1 2 Əliyarlı, İltifat; Behbudov, Tahir. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 (az.). Bakı: Mütərcim. 2013. 54. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
- ↑ "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
- ↑ 1 2 "Хасмамедов Алекпер бек Гаджибаба оглы". www.1918pogroms.com. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 153. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Bağırova, İradə. Политические партии и организации Азербайджана в начале ХХ века (1900-1917 гг.) (PDF) (rus). Bakı: Elm nəşriyyatı. 1997. 88. ISBN 5-8066-0767-4. 2019-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-28.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 151. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 471. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Bağırova, İradə. Политические партии и организации Азербайджана в начале ХХ века (1900-1917 гг.) (PDF) (rus). Bakı: Elm nəşriyyatı. 1997. 91. ISBN 5-8066-0767-4. 2019-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-28.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 331. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar. 2018. 77. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Əliyarlı, İltifat; Behbudov, Tahir. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 (az.). Bakı: Mütərcim. 2013. 319. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
- ↑ Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 53. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 232. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
- ↑ "Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov". Quba Soyqırımı Memorial Kompleksi (az.). 2020-03-13. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
- ↑ Paşayev, Ataxan. "Fövqəladə Təhqiqat Komissiyası". milliarxiv.gov.az. 2018-04-06. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 186. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Dəmirov, Mehman. Azərbaycan prokurorluğu: tarix və müasirlik (az.). Bakı: Azərnəşr. 1997. 49. ISBN 5-552-01756-7. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
- ↑ Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 316. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (stenoqrafik hesabatlar) (az.). I. Bakı: Azərbaycan nəşriyyatı. 1998. 158. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Rustamova-Tohidi Solmaz Ali kizi. "1918. Azerbaijani Massacres in photos and documents". Baku, 2012, 208 pag., pag. 20. ISBN 978-9952-8072-0-2