Ekber Yerevanli - Wikipedia
Əkbər Yerevanlı (tam adı: Əkbər Yunis oğlu Süleymanov; 17 iyun 1921[1], İrəvan, İrəvan qəzası, Ermənistan SSR – 28 avqust 1982, İrəvan, Ermənistan SSR, SSRİ) — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956).[2] İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (1956–1980),[3][4] Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri (1964–1982).[5]
Əkbər Yerevanlı | |
---|---|
Əkbər Yunis oğlu Süleymanov | |
Doğum tarixi | 17 iyun 1921[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 1982 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Yunis Nuri |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir, ədəbiyyatşünas, pedaqoq |
Üzvlüyü |
|
Həyatı
redaktəƏkbər Yunis oğlu Süleymanov 1921-ci il iyunun 17-də[6] İrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləmişdir.[3] 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası" (1955), "Cəlil Məmmədquluzadə və erməni xalqı" (1966), "Nəsimi" (1973), "Xatabala" jurnalı Azərbaycan haqqında" (1974) kitabları çap olunmuşdur.[2]
Əkbər Yerevanlının "Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər" mövzusunda doktorluq dissertasiyası 556 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanda "Hayastan" nəşriyyatında çap olunsa da, Moskvanın göstərişi ilə ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.[mənbə göstərin] Buna görə də 1975-ci ildə "Erməni-Azərbaycan ədəbi əlaqələri (şifahi xalq yaradıcılığı, aşıq sənəti və XI–XVIII əsrlərin yazılı ədəbiyyatı)" adlı doktorluq dissertasiyasını Bakıda müdafiə etmişdir.[7]
Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri" (1958), "M. Ə. Sabir və erməni xalqı" (1962), "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı" (1974), "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" (1975) tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur. Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunmuşdur.
Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər Yerevanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat etmiş, valideynlərinin yanında dəfn olunmuşdur.
Ailəsi
redaktəAnası Səkinə, atası Yunis Süleymanovlardır. Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967–1968-ci illərdə teatrın direktoru işləmişdir. 1984-cü ildən 1989-cu ilədək (teatr bağlananadək) Əkbər Yerevanlının oğlu Yunis Süleymanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işləmişdir.
Əsərləri
redaktəƏdəbi
redaktə- Mənim günəşli ölkəm. Yerevan: Haypethrat, 1947, 120 səh;
- Gözəllik və səadət nəğmələri. Yerevan: Haypetrat, 1964. 246 səh;
- Azadə. Bakı: Azərnəşr, 1964, 48 səh;
- Yay gecəsində. Bakı: Gənclik, 1967, 46 səh;
- Qəlbimin çırağı. Yerevan: Hayastan, 1975, 154 səh;
- Yeddinci övladın anası (rus. Мать седьмого ребенка). Yerevan: Sovetakan qrox, 1982, 215 səh.[8]
Elmi
redaktə- Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası (erm. Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը գրականության մեջ). Yerevan: Haypetrat, 1955, 223 səh;
- Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. Yerevan: Haypetrat, 1958, 272 səh;
- M. Ə. Sabir və erməni xalqı. Yerevan: Ermənistan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət, 1962, 45 səh;
- Cəlil Məmmədquluzadə və erməni xalqı (erm. Ջալիլ Մամեդկուլիզադեն և հայ ժողովուրդը). Yerevan: Hayastan, 1966, 105 səh;
- Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər). Yerevan: Hayastan, 1968, 556 səh;
- Nəsimi (erm. Նասիմի). Yerevan: Hayastan, 1973, 56 səh;
- "Xatabala" jurnalı Azərbaycan haqqında (erm. "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին). Yerevan: Hayastan, 1974, 40 səh[9];
- Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1974, 131 səh;
- Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1975, 192 səh;
- Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980, 166 səh. (həmmüəllif[10]);
- Yunis Nuri (rus. Юнус Нури). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1982, 165 səh. (həmmüəllif[11]).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974. C. 3. S. 581.
- ↑ 1 2 XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı. Bakı: Nurlan. 2004. səh. 237.
- ↑ 1 2 İrəvan: Ensiklopedik foto-toplu. Bakı: ADPU-nun nəşriyyatı. 2019. səh. 14.
- ↑ Nazim Mustafa. "Ədəbi mühit". iravan.preslib.az. 2013. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
- ↑ Ələddin Allahverdiyev. "MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR: QƏŞƏM ASLANOV". karabakhmedia.az. 2016-10-05. 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
- ↑ Ermənistan Sovet Ensiklopediyası (erməni). C. III. Yerevan: ESE-nın Baş Redaksiyası. 1977. səh. 581.
- ↑ Azərbaycan sovet ədəbiyyatşünaslığı (1920—1975). Biblioqrafiya. Bakı: Elm. 1983. səh. 907.
- ↑ Мать седьмого ребенка : [Повести] / Акпер Ереванлы. - Ереван : Советакан грох, 1982. — 215 с.; 20 см.
- ↑ "Koha online catalog ՀԱՅ ԳԻՐՔ = Armenian Book". haygirk.nla.am (ingilis). 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
- ↑ "Sabir Rizayev, Əkbər Yerevanlı. Yunis Nuri. Yerevan: Ermənistan teatr cəmiyyəti. 1980". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
- ↑ "Юнус Нури / Сабир Ризаев, Акпер Ереванлы. - Ереван : АТО, 1982. - 165 с. : 9 л. ил.; 16 см". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.