Ekber Elizade - Wikipedia
Əlizadə Əkbər Müzəffər oğlu (23 may 1977, Bakı) — Azərbaycan aktyoru, televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti.
Əkbər Əlizadə | |
---|---|
Doğum tarixi | 23 may 1977 (47 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəƏkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino fakültəsini aktyor ixtisası üzrə, 2000-ci lidə həmin universitetin magistratura şöbəsini teatrşünaslıq ixtisası üzrə bitirmişdir. 2000–2001-ci illərdə hərbi xidmət keçmişdir.
1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. İlk dəfə 1987-ci ildə 10 yaşında Azərbaycan televiziyasının "Qırmızı qərənfil" mahnı və rəqs ansamblında çıxış etmişdir. 7 il həmin ansamblda müğənni kimi fəaliyyət göstərmişdir. Sonralar həmin televiziyanın keçirdiyi "Sübh şəfəqləri" musiqi müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Teatrda işlədiyi müddət ərzində R. Mustafayev və C. Məmmədovun "Məsmə xala dayımdır" əsərində Elgün, İ. Kalmanın "Tsıqan premyer" əsərində Muştard, F. Leqarın "Vesyolaya vdova" əsərində Sen De ş, Q. Qarayevin "Neistovıy Qaskonets"ində Qasqoniyalı, Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda İntiliget Həsən, "Ər və arvad"ında Səfi, "Arşın mal alan"ında Süleyman, R. N. Güntəkinin "Bir günlük siğə"sində Xəlil, T. Vəliyevanın "Bankir adaxlı"sında Balakişi, "Mən dəyərəm min cavana"sında Rza, Anarın "Aldın payını, çağır dayını"sında Tərgəldi, A. Babayevin "Əlin cibində olsun"unda Xankişi, R. Əkbərin "Bəydullanın möhtəşəm toyu"nda tamada, Ə. Əmirlinin "İtkin ər"ində Zəkə, M. Haqverdiyevin "Qısqanc ürəklər"ində Əjdər, "Amerikali kürəkən"ində Cəlil, M. F. Axundzadənin "Kimyagər"ində Molla Həmid, R. Heydərin "Qızıl toy"unda Qədir obrazlarını yaratmışdır. 1997-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında S. Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyyə rolunu oynamışdır.
1994–2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi çalışmışdır.
1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcılarından biridir. 2000–2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində işləmişdir.
2003-cü ildə Space kanalında "Meloman" verilişinin, 2006–2007-ci illərdə "Azəristar" müsabiqəsinin aparıcısı olmuşdur.
2006-2013-cü illərdə Planet Parni İz Baku KVN Teatrının aktyoru olmuşdur."Axtaran Tapar" konsertindən "Hər Gün Sirk" konsertinə qədərki konsertlərdə aktyor olmuşdur.
2008-ci ildə Xəzər telekanalında "Gülüş ulduzu" müsabiqəsinin və "komediya səhnəsi" verilişinin aparıcısı olmuşdur.
2008-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 7 may 2020-ci ildə[5], 7 may 2021-ci ildə[6], 10 may 2022-ci ildə[7] və 9 may 2024-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.
2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını almışdır.
2009-cu ildə Space TV-də "Kim nə bacarır" layihəsində münsif və aparıcı, 2011-ci il yanvar ayından 2013-cü ilin iyuluna kimi isə "Hər səhər" proqramının aparıcısı olmuşdur.[9] Eyni zamanda "Xəzər" televiziyasının istehsal etdiyi "Qaynana" teleserialında çəkilmişdir.
ATV-də yayımlanan Qorxma mən səninləyəm proqramının aparıcısıdır.
Evlidir. 3 övladı var.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
- ↑ "Arxivlənmiş surət". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10.