Ehmedusagi Tayfasi - Wikipedia
Əhməduşağı tayfası — Qaraçorlu elinin Hacısamlı oymağının bir tayfasıdır.
XVIII yüzilin ortalarında Xorasan əyalətindən gəlib. Öncə Şadlı elinə bağlı olan bu tayfa Qarabağda məskunlaşandan sonra Həmzə sultan Qaraçorluya bağlandı. Pənahəli xan Sarıcalı-Cavanşir bu tayfanı oğlu İbrahimxəlil xana, o da öz oğlu Xanlar ağaya verdi. Xanlar ağa varissiz vəfat edəndən sonra bu tayfa qardaşı Əhməd xana qaldı. Əhməd xandan isə bu tayfa qızı Bikə bəyimə, ondan isə oğlu Davud ağa Ağalarova çatdı.
Əhməduşağı tayfası əvvəlcə Ələkçi kəndində binə bağladıqdan sonra tayfanın bir hissəsi Yuxarı Qarasaqqal kəndində yerləşdi. Bir müddət sonra tayfanın bir hissəsi Şamkənd kəndinə, müəyyən hissəsi yaxın qohumluq əlaqələri olan Qasımuşağı obasının Kürdhacı və Ərikli kəndlərinə köçdülər.
Əhməduşağı tayfasından Kərbəlayı İsmayıl, Əmirxan, Teymurxan və Səməd daha çox tanınırdı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009.
- Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 1 (27), Bakı, 2009. səh.97-106.