Ehmed Tosun Pasa - Wikipedia
Əhməd Tosun Paşa və ya Kavalalı Tosun Paşa (d. 1794 — ö. 28 sentyabr 1816) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ikinci oğlu.
Həyatı
redaktə1794-cü ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. 11 yaşına qədər Kavalada yaşayan Tosun, atasının Misir hakimi təyin edilməsinin ardından böyük qardaşı İbrahimlə birlikdə Misirə gəldi (28 avqust 1805).
1 mart 1811-ci ildə öndə gələn Məmlük bəylərinin qanlı bir şəkildə ortadan qaldırılmasının ardından Hicazda vəhhabi üsyanının yatırılması ilə vəzifələndirildi. Yeni bir Misir ordusunun qurulmasına çalışan fransız əsilli polkovnik Jozef Sevenin (sonradan Süleyman Paşa) yanında yetişən Əhməd Tosun Paşa, əmrindəki piyada qoşunla öncə Ciddə bölgəsinə daxil oldu. Məkkə 1813-cü ildə üsyançılardan təmizlənsə də, ayaqlanan vəhhabi dəstələri Diriyə qalası və ətraf bölgələrində möhkəmləndilər. Ardından atası Mehmed Əli Paşa əmrindəki Misir hərbi birlikləriylə 1813-cü ilin sentyabrında bölgəyə gəldi və başda Diriyə qalası olmaqla, üsyançıların bütün müqavimətini qırdı.
Ancaq çox keçmədən səhhəti pisləşdi və tutulduğu vəba xəstəliyindən sağala bilməyib 28 sentyabr 1816-cı ildə vəfat etdi.
Ailəsi
redaktəXanımları
redaktə- Bamba Qadınəfəndi (ö. 1871)
Oğul övladları
redaktə- Abbas Hilmi Paşa (d. 1 iyul 1812 — ö. 13 iyul 1854)
- Osman bəy (ö. 1815)
Qız uşaqları
redaktə- Xədicə xanım (ö. 1817)
- Ziba xanım (ö. 1817)
- Ayşə xanım (ö. 1817)
Mənbə
redaktə- Васильев А. История Саудовской Аравии. 1745–1973