Ehmed Ehmedov General - Wikipedia
Əhməd Hüseyn oğlu Əhmədov (1969, Tumaslı, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı
Əhməd Əhmədov | |
---|---|
16 iyun 2000 – 28 iyul 2017 | |
Əvvəlki | Mürsəl İsayev |
Sonrakı | Fazil Ələkbərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1969 |
Doğum yeri | |
Rütbəsi | general, general-leytenant |
Həyatı
redaktəƏhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilmişdir.
Ailəlidir. Dörd övladı var.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında Əhməd Əhmədov haqqında səhifə. mia.gov.az (az.)