Efendiler Qubadli - Wikipedia
Əfəndilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd.[1]
Əfəndilər | |
---|---|
39°19′20″ şm. e. 46°42′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Etimologiyası
redaktəKeçmiş adı Kürd Əfəndilər olmuşdur.[2] Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Türkiyədən gəlmiş Məmməd Əfəndi adlı bir nəfər bu kəndin bünövrəsini qoyduğuna görə onun adı ilə adlanmışdır. Etnotoponimdir.[3]
Tarixi
redaktə28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur.[4] Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[5]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[7]
Coğrafiyası
redaktəƏfəndilər kəndi Həkəri çayının sahilində, İncə düzündədir.[3]
Əhalisi
redaktə1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[8]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
- ↑ 1 2 Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
- ↑ Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ "Минобороны Армении признало потерю Кубатлы" (rus). BBC Russian Service. 26 October 2020. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2020.
- ↑ Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
Xarici keçidlər
redaktə Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |