Edalet Partiyasi Azerbaycan - Wikipedia
Ədalət Paryiyası — 1993-cü ildə İlyas İsmayılov tərəfindən yaradılan sol təmayüllü siyasi partiya.
Ədalət Partiyası | |
---|---|
Sədri | İlyas İsmayılov |
Sədr müavinləri |
Mütəllim Rəhimli Elxan Şükürlü |
Quruluş tarixi |
1993 (ilk) 2 iyul 2001 (ikinci) |
Qeydiyyat tarixi | 18 may 2002 |
Birləşən | Azərbaycan Demokrat Partiyası (1996-2000) |
Baş qərargah | |
İdeologiya | liberalizm, sosial-demokratiya, Proqressivizm |
Üzvlüyü |
Demokratik Azərbaycan Bloku (2004-2005) İslahat Bloku (2010-2013) Vətən Bloku (2013-2015) |
Üzv sayı | 5 472[1] (2023) |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ədalət Partiyasının üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur.[2]
Tarixi
redaktəƏdalət Partiyası 1993-cü ildə yaradılıb. 30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir.[3] Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.[3][4]
1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[5] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[3][4] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[3]
5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi.[6] 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi.[3] Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.[3]
2001-ci ildən indiyədək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İ. İsmayılov 1992, 2003 və 2013-cü illərdə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd və Milli Məclisin deputatı olub.
2007-ci ildə Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında partiyaların birləşməsi təklifi üzərinə müzakirələr başlamış, lakin birləşmə gerçəkləşməmişdir.[7]
2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.[8]
2013-cü ildə Ədalət Partiyası Azərbaycan Yaşıllar Partiyası ilə "Vətən" Siyasi Blokunu təsis etmişdir. Daha sonra bloka Azərbaycan İslam Partiyası da qatılmışdır. Blok 2013-cü il prezident seçkilərində vahid namizədlə — İlyas İsmayılov ilə qatılmışdır.[9][10] Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.[11]
Partiya qərargahı
redaktəƏvvəllər Ceyhun Hacıbəyli 2 ünvanında yerləşən ofisdə fəaliyyət göstərən Ədalət Partiyası hazırda Nizami rayonunda Neftçilər metrosunun yaxınlığında Əzim Əzimzadə küçəsindəki binada yerləşir. Bina partiyaya dövlət tərəfindən icarə müqaviləsi ilə verilib. Ədalət Partiyası ilə bərabər sözügedən binada Böyük Quruluş və Azərbaycan Liberal Demokrat partiyaları da yerləşir. Özünə görə hər üç partiyanın qərargahını normal hesab etmək olar[12].
Seçkilərdə
redaktəParlament seçkiləri
redaktəSeçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | İlyas İsmayılov |
0 / 100 |
Partiya vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərdə iştirak etmədi. | 0 / 125
| ||||
2000 | Ədalət Partiyası 1996–2000-ci illərdə Azərbaycan Demokrat Partiyasına birləşmişdir. | |||||||
2005 | İlyas İsmayılov |
0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| ||
2010 | 12 761 | 0.53 | 1 / 125 |
N/A | N/A | N/A | 1 / 125
| |
2015 | 6 507 | 0.23 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |
2020 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |||
2024 | N/A | N/A | N/A |
Ara seçkilər
redaktəSeçki | Sədr | Səs | Mandat | |
---|---|---|---|---|
# | % | |||
2006 | İlyas İsmayılov | 1 / 10
|
Bələdiyyə seçkiləri
redaktəSeçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2004 | İlyas İsmayılov | ||||
2009 | 13 / 15.591
| ||||
2014 | |||||
2019 |
Ara bələdiyyə seçkiləri
redaktəSeçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006 | İlyas İsmayılov | 1 / 1.901
|
İstinadlar
redaktə- ↑ modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- ↑ modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ 1 2 3 4 5 6 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- ↑ "İlyas İsmayılov: "Ədalət və Azadlıq partiyalarının birləşməsi üçün işçi qrup yaradılıb"". 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
- ↑ ""Ədalət"çilər birləşməkdən danışır…". 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
- ↑ "Azərbaycanda iki partiya "Vətən" bloku yaratdı". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
- ↑ "İslamçıların seçki sirri: "Hökumətin öz maraqları olub"". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
- ↑ ""Vətən" bloku bütün dairələrdən namizəd irəli sürəcək - Mayis Güləliyev". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
- ↑ "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.