Ebu Dabi Qran Prisi - Wikipedia
Əbu-Dabi Qran-prisi (ərəb. سباق جائزة أبوظبي الكبرى) - Formula 1 üzrə dünya çempionatının əsas mərhələlərindən biri. BƏƏnin paytaxtında keçirilir.
Ümumi məlumat
redaktəƏbu-Dabi yarışları ilk dəfə 2009-cu il sezonunda keçirilmişdir. Əslində Qran-pri Əbu-Dabi şəhəri yaxılığındakı Yas adasında qurulmuş Yas Marina avtodromunda keçirilir. Süni şəkildə yaradılmış ada Əbu-Dabi əmirliyinə daxildir.
Qran-pri Formula 1 tarixində gecə-gündüz sistemi ilə keçirilən ilk yarışdır. Gecə yarışlarını keçirmək üçün avtodromda projektorlar qurulmuşdur. Bu sistemin tətbiqinin əsas səbəb ərazidə iqlimdən aslı olaraq havanın çox isti keçməsidir. Pilotlar yarışa təbii işıqda başalayır və süni işıqlar altında bitirirlər. Təbii işıqdan süni işıqa keçid zamanı sürücülər çətinlillə qarşılaşırlar.
Yas Marina trası 55 halqadan ibarət olub, uzunluğu 5554 metrdir. Bu trasda olan düz yol bütün F1 traslarında qurulmuş ən uzun düz yollardan biridir.
Formula 1 yarışlarında yegənə qapalı tribunlar burdadır. Avtodromun ümumi tutumu 55 mindir. Bundan başqa tras qarşısında süni buxta yaradılmışdır ki, burdakı yatlardan da yarışı izləmək mümkündür.
Qaliblər
redaktəPilotlar
Qalibiyyət sayı | Pilot | İl |
---|---|---|
5 | Lyuis Hemilton | 2011, 2014, 2016, 2018, 2019 |
4 | Maks Ferstappen | 2020, 2021, 2022, 2023 |
3 | Sebastyan Fettel | 2009, 2010, 2013 |
1 | Valtteri Bottas | 2017 |
Niko Rosberq | 2015 | |
Kimi Raykkönen | 2012 |
Komandalar