Ebdussemed Bey Asiq - Wikipedia
Əbdüssəməd bəy Məhəmməd bəy oğlu Sarıcalı-Cavanşir (1845 – bilinmir) — şair, Məhəmməd bəy Aşiqin oğlu.
Əbdüssəməd bəy Aşiq | |
---|---|
Əbdüssəməd bəy Məhəmməd bəy oğlu Sarıcalı-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Pirçəvan, Mehri sahəsi, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri | Pirçəvan, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Uşaqları | Teymur bəy Cavanşirov, Xosrov bəy Cavanşirov |
Fəaliyyəti | şair |
Həyatı
redaktəƏbdüssəməd bəy Aşiq 1845-ci ildə Şuşa qəzasının Mehri sahəsinin Zəngilan kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Ordubad şəhərindəki məktəbdə rus dilini öyrənmişdi. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi. 1890-cı ildə alman tədqiqatçı Qustav Radde ilə öz mülkündə görüşmüşdü:[1]
Qəbul çox səmimi keçdi; tatar zadəganlarının iqtisadi vəziyyəti ilə daha yaxından tanış olduq. Qarabağın demək olar ki, hər yerində olduğu kimi burada da mülkiyyət hüquqları, xüsusən də meşələr dövlətə qarşı mübahisələndirilir və bu, ən yüksək instansiyalara çatdırılmalı olan uzun məhkəmə çəkişmələrinə gətirib çıxarır. Yeni məhkəmə sistemləri, xüsusən də kənd icma məhkəmələri ilə bağlı şikayətləri də eşitdik. |
Əbdüssəməd bəy Şirinbəyim xanım Zal bəy qızı Səfiyarbəyova ilə ailə qurmuşdu. Cavad bəy, Xosrov bəy adlı oğulları vardı.
Əbdüssəməd bəy atasının təxəllüsü Aşiqlə ürək oxşayan şeirlər yazırdı. "Məclisi-üns" ədəbi yığnağın üzvü idi. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər. Dövrünün bir çox şairləri ilə yazışmaları qalıb. Ən çox İskəndər bəy Rüstəmbəyov və Mir Mehdi Xəzani ilə müşairələri var.
İstinadlar
redaktə- ↑ Radde, Gustav. Karabagh: Bericht über die im Sommer 1890 im russischen Karabagh von Dr. Gustav Radde und Dr. Jean Valentin ausgeführte Reise (alman). J. Perthes. 1890-01-01. 35–36.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008, 164 səh.