Ebdurrezzaq Semerqendi - Wikipedia
Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi (1413—1482) — Orta Asiya tarixçisi.
Həyatı
redaktəƏbdürrəzzaq Səmərqəndi 1413-cü ildə Herat şəhərində doğulmuşdu. Uzun müddət Teymurluların sarayında (Səmərqənddə) xidmət etmişdir. 1463-cü ildən isə o, Sultan Şahruxun Heratdakı xanəgahının şeyxi olmuşdur. O, fars dilində yazdığı “Mətlə əs-sədeyn və məcmə əl-bəhreyn” (“İki xoşbəxt ulduzun doğulması və iki dənizin qovuşması”) əsərində57 1304-1470-ci illərin hadisələrini əks etdirmişdir.
Əsərin II cildində Çobanlılar, Cəlairilər, Qaraqoyunlular, Şirvanşahlar, Teymurlular Azərbaycana yürüşləri, onların Şirvanşahlarla münasibətləri, Azərbaycanda baş vermiş üsyanlar haqqında məlumatlar vardır.
Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi 1482-ci ildə Herat şəhərində vəfat edib.
Əsərləri
redaktəƏbdürrəzzaq Səmərqəndi Mavəraünnəhr və Orta Şərq məmləkətlərinin XIV-XV əsrlərdəki tarixinə aid məlumatları yazısında cəmləşdirib "Mətləi səideyn və məcməi bəhreyn" adlı əsər qələmə almışdı. Əsərin tənqidi mətni elmi izahlarla 1960-cı və 1969-cu illərdə Daşkənd şəhərində nəşr edilib.
Əsərin əlyazmasının bir nüsxəsi Saltıkov-Şedrin adına LDUK-də saxlanılır. 1941 və 1949-cu illərdə iki cilddə Lahurda, 1974-cü ildə isə I cildi Tehranda nəşr olunmuşdur.
Mənbə
redaktə- Ўринбоев А., Абдураззоқ Самарқандийнинг Ҳиндистон сафарномаси, Т., 1960.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Абд ар-Раззак Самарканди". Восточная литература. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.