Ebdulqedir Efendi - Wikipedia
Əbdülqədir Əfəndi (1514, İstanbul – 18 aprel 1594, İstanbul) — Osmanlı müdərrisi, qazı və şeyxülislamı.
Əbdülqədir Şeyxi Əfəndi | |
---|---|
Əvvəlki | Çivizadə Hacı Mehmed Əfəndi |
Sonrakı | Bostanzadə Mehmed Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
Həyatı
redaktə1514-cü ildə İstanbulda dünyaya gəlmişdir. Yavuz Sultan Səlim dövrünün Rumeli başqazılarından Müəyyədzadə Əbdürrəhman Əfəndinin qardaşı Şeyx Hacı Əfəndinin oğludur. Bu səbəblə Şeyxi təxəllüsü ilə tanınır. İlk təhsilini aldıqdan sonra dayısı və qaynatası olan Əbusuud Əfəndinin müridi oldu və ondan mədrəsə təhsili aldı. Müdərrisliyə isə Gəliboludakı Saruca Paşa və Bursadakı İldırım mədrəsələrində başladı. Daha sonra 1551–1562-ci illərdə Çorluda Əhməd Paşa, İstanbulda Hasəki, Sahn-ı səman, Ayasofya və Süleymaniyə mədrəsələrində müdərris, ardından Dəməşq, Misir, Bursa və İstanbulda qazı olaraq xidmət göstərdi. 1570-ci ildə Anadolu, 1571-ci ildə Rumeli başqazısı oldu. 1573-cü ildə bu vəzifədən öz istəyilə ayrıldı və 1583-cü ildə Süleymaniyə darülhədisinə müdərris oldu. 8 may 1587-ci ildə Çivizadə Mehmed Əfəndinin ölümü ilə şeyxülislamlığa gətirildi. Şeyxülislamlığı dövründə davam edən maliyyə problemləri səbəbilə baş verən Bəylərbəyi hadisəsində ayaqlanan sipahilərə istədikləri fətvaları verməklə hadisələrin gedişində önəmli rol oynadı. Hadisələrin yatırılmasının ardından başda sədrəzəm Siyavuş Paşa olmaqla, bəzi dövlət adamları ilə birlikdə Əbdülqədir Əfəndi də 2 iyun 1589-cu ildə vəzifədən alındı və 250 axca maaşla təqaüdə ayrıldı. Bundan sonrakı həyatı bilinmir. 18 aprel 1594 tarixində vəfat etdi və cənazəsi Əyyubsultanda öz inşa etdirdiyi məscidin həyətinə dəfn edildi.
Mənbə
redaktə- Selânikî, Târih, Süleymaniye Ktp., Esad Efendi, nr. 2259, vr. 104b, 119a-120b, 202a-203a;
- Atâî, Zeyl-i Şakaik, İstanbul 1268, s. 327;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 269;
- Devhatü’l-meşâyih maa zeyl, s. 32–33;
- Sicill-i Osmânî, III, 345;
- İlmiyye Salnâmesi, s. 404–409 (6 fetva örneği);
- Tahsin Öz, İstanbul Camileri, Ankara 1962, I, 17;
- Nezihi Aykut, Hasan Beyzâde Târihi (doktora tezi, 1980), İÜ Ed. Fak., Tarih Seminer Kitaplığı, nr. 3277, II, 128–135, 155.