Ebulhesen Abbasov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Əbülhəsən Fərhad oğlu Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü. 43 illik elmi-pedaqoji və təşkilati fəaliyyəti ərzində 23 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlayıb; 17 monoqrafiyanın, 4 dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir; 35 tematik kitabın həmmüəllifi və baş redaktoru, 40-dan artıq elmi toplu və monoqrafiyanın elmi redaktoru olub.
Əbülhəsən Abbasov | |
---|---|
Əbülhəsən Fərhad oğlu Abbasov | |
Fayl:Əbülhəsən Abbasov.jpeg | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yerləri | AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu |
Həyatı
redaktə12 fevral 1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olub. 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində rus dilində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub və 1975-ci ildə həmin təhsil ocağını yüksək göstəricilərlə bitirib. Təyinatı üzrə 1 avqust 1975-ci ildə Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və burada işləyərək, paralel olaraq, saat hesabı əsaslarla üç il ərzində Azərbaycan Dövlət Universitetində (BDU-da) “riyazi fizika tənlikləri”, “kompleks dəyişənlər funksiyalarının nəzəriyyəsi” və “nəzəri mexanika” kursları üzrə seminar və mühazirə dərsləri aparıb. 1975-1978-ci illər – Azərbaycan EA-nın Kibernetika İnstitutunda baş laborant, riyaziyyatçı-proqramist; 1978-1984-cü illər – Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi; 1984-1992-ci illər – Azərbaycan İnşaat İnstitutunun Fəlsəfə kafedrasında müəllim, dosent; 1992-1994-cü illər – Azərbaycan Respublikası Prezident Aparatında (ərazi idarəetmə şöbəsində) böyük məsləhətçi, zona kurartoru; 1994-1996-cı illər – Bakı Ümumqoşun Ali Hərbi Məktəbin polkovniki vəzifəsində bölmə rəisi-professoru; 1996-2009-cu illər – AMEA Fəlsəfə və Siysi-Hüquqi Tədqiqatlar İnstitutunun “Sosial fəlsəfə” şöbəsinin müdiri; 2010-cu ildən bu günə kimi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (h/h Fəlsəfə İnstitutunun) baş elmi işçisi.
Əmək fəaliyyəti
redaktə1982-ci ildə Tbilisi Dövlət Universitetində ”Sistemlik-bütövlük problematikasının baza anlayış və prinsiplərinin nisbəti” (09.00.01- dialektik və tarixi materializm) mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə BDU-da iki ixtisas üzrə (09.00.11 – sosial fəlsəfə; 09. 00.01- dialektika və idrak nəzəriyyəsi) “Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti, təkamülü və onların idarə olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin doktorluq dissertasiyası hələ 1990-cı ilin oktyabr ayında M. Lomonosov adına Moskva Dövlət Universitetində müzakirədən keçirilərək epistemoloji cəhətdən əhəmiyyətli, elmi yeniliklərlə zəngin fundamental iş kimi dəyərləndirilib və müdafiəyə təqdim olunub. Müəllifdən asılı olmayan müxtəlif obyektiv və subyektiv səbəblərdən dissertasiyanın müdafiəsi 7 il ləngiyib. Namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və elmi məsləhətçisi Azərbaycanın görkəmli filosofu, fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Cəmil Teymur oğlu Əhmədli olub. 18 sentyabr 1998-ci ildə Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə professor adına layiq görülüb. 1975-2015-ci illər ərzində riyazi elmlər, nəzəri mexanika, fəlsəfə, siyasi-hüquqi təlimlər, politologiya və sosiologiya üzrə ali məktəblərdə mühazirə və seminar dərsləri aparıb. 1980-1983-cü illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetində “dialektik məntiq” və “təbiətşünaslığın fəlsəfi problemləri” kurslarını tədris edib. İctimai əsaslarla 1978-1988-ci illərdə bir sıra elmi müəssisələrdə (Riyaziyyat institutu, Genetika və seleksiya institutu, Fiziologiya institutu) və İnşaat-mühəndisləri institutunda keçirilən metodoloji (fəlsəfi) seminarların təşkilatçısı, aparıcısı və məruzəçisi olub. Fəlsəfə və Hüquq institutu üzrə “Bilik” cəmiyyətinin rektoru (1982-1984), Azərbaycan KP MK-nın və Azərbaycan komsomolu MK-nın təlimatçısı-məruzəçisi (1983-1991), dialektik materializm üzrə metodoloji seminarların rəhbəri (1985-1990), Dissertasiya və Koordinasiya şuralarının üzvü (1996-2017) kimi fəaliyyət göstərib. “Ümumi fəlsəfə” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının imtahan komissiyasının üzvüdür. Bu ixtisas üzrə doktoranturaya qəbul və minimum imtahanları üçün istifadə olan testlər (Azərbaycan və rus dillərində) və tədris proqramı məhz Əbülhəsən Abbasov tərəfindən tərtib edilib. Əbülhəsən Abbasovun çoxşaxəli elmi yaradıcılığı özündə bu istiqamətləri ehtiva edir: sistem yanaşma, sistemlilik və bütövlük problemi, mürəkkəb sistemlər nəzəriyyəsi, mürəkkəblik fəlsəfəsi, sinergetika, optimum fəlsəfəsi, idarəetmənin sinergetik fəlsəfəsi, tənqidi-sinergetik təfəkkür konsepsiyası, açıq cəmiyyət konsepsiyası, tolerantlıq paradiqması, postneoklassik epistemologiya, ictimai inkişaf, ictimai və qlobal transformasiyalar, vətəndaş cəmiyyəti və dövlət quruculuqu məsələləri, milli maraqlar və milli ideologiya, azərbaycançılıq ideyası, insan haqları və ictimai rəy, din və mədəniyyət, intellektual resursların idarə olunması və insan kapitalı, modernləşmə və islahat problemləri, yeniləşən cəmiyyətdə iqtisadi, siyasi və sosial institutların transformasiyası, ictimai meqatrend problemi, geosiyasi fəlsəfə və dünya nizamı problemləri, habelə, bəşəriyyətin inkişaf nəzəriyyəsi üzrə tədqiqatlar. Təqdirəlayiq haldır ki, o, yalnız sinergetikanın fəlsəfi zəminlərinin içlənilməsində ilk müəlliflərdən deyil, habelə, “tənqidi-sinergetik təfəkkür konsepsiyası”, “optimum fəlsəfəsi”, “mürəkkəblik fəlsəfəsi”, “postneoklassik epistemologiya”, “geosiyasi fəlsəfə”, “ictimai meqatrend” kimi məfhumlarda ifadədə olunan elmi sahə və cərəyanlar da bilavasitə onun adı ilə bağlıdır. Həmin istiqamətlər günbəgün aktuallaşmaqda və beynəlxalq elmi ictimaiyyətin marağını qazanmaqdadır. 1987-ci il məhsuldar elmi-pedaqoji və təşkilati fəaliyyətinə görə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı ilə təltif olunub. 1997-ci ildə «açıq cəmiyyət» probleminə dair elmi araşdırmalarına görə Əbülhəsən Abbasov Mərkəzi Avropa Universitetinin xüsusi sertifikatına layiq görülüb. 2002-ci ildə isə epistemologiya və sosial-siyasi fəlsəfə sahəsində əldə etdiyi nailiyyətlərin müqabilində Rusiya Pyotr Akademiyasına üzv seçilib. “Dünya professorları sülh uğrunda” Beynəlxalq təşkilatın üzvüdür. Bədii-fəlsəfi, ədəbi-tənqidi və publisistik yazıları da həm ölkə daxilində, həm də xaricdə oxucular tərəfindən maraqla qarşılanır. Onun postneoklassik epistemoloji sistem əsasında yazdığı və demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, milli ideologiya, milli maraqlar, idarəetmə, innovasion inkişaf, modernləşmə və islahat, insan haqları, ictimai və qlobal meqtrendlər məsələlərinə həsr olunmuş məqalə və kitabları son illərdə elmi-tədqiqat işlərinin aparılmasında, tədris prosesində geniş istifadə olunan əsərlər sırasına daxildir. Bu əsərlər elmi yenilik elementlərinin zənginliyinə, məntiq və üslub kamilliyinə, məzmun tutumuna, qavranıqlı dilinə görə bir elmi-nəzəri mənbə və dərs vəsaiti kimi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.
Kitabları
redaktəAlimin müstəqillik illərində işıq üzü görmüş əsərləri də həm ölkə ictimaiyyətinin, həm də xarici mütəxəssislərin ciddi maraqına səbəb olmuş və dəyərləndirilmişdir. Bunlardan aşağıda adları çəkilən kitabları qeyd etmək olar:
- “Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə: ümumnəzəri sinergetik təhlil” (1998)
- “Философия социально-политического оптимума: cложность, самоорганизация, синергизм” (2000)
- “Keçid dövrü və yeni iqtisadi təfəkkür” (2001)
- “Vətəndaş cəmiyyətinə doğru: nəzəriyyə və reallıqlar” (həmmüəllif, 2001)
- “İctimai inkişaf: qnoseologiya və metodologiya problemləri” (2003)
- «Демократия: наличная и должная» (2005)
- “İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə” (2006)
- «Философия сложности» (2007)
- «Общество и государство» (2007)
- “Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris” (həmmüəllif, 2011)
- “Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya” (həmmüəllif, 2011)
- “Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar” (həmmüəllif, 2012)
- “Milli maraqlar və milli ideologiya” (2013)
- “Cəmiyyət, din, dövlət” (həmmüəllif, 2013)
- “İnsan haqları və ictimai rəy” (2014),
- “Geosiyasətin fəlsəfəsi və müasir dünya nizamı: postneoklassik dövrün epistemologiyası” (həmmüəllif, 2016)
- “İqtisadiyyatın fəlsəfəsi: tarix və müasirlik” (həmmüəllif, 2017)
- “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə (2017).
Monoqrafiyaları
redaktəƏbülhəsən Abbasov keçmiş SSRİ məkanında sistem yanaşmanın, bütövlük problematikasının, mürəkkəb sistemlər nəzəriyyəsinin və sinergetikanın fəlsəfi əsaslarını işləmiş ilk tədqiqatçılardandır. Bu mənada onun hələ keçən əsrin 80-ci və 90-cı illərində nəşr edilmiş məqalə və monoqrafiyalarını xüsusi əhəmiyyət kəsb edir. Onlardan, məsələn, bu monoqrafiyaları göstərmək olar:
- «Соотношение категорий и принципов системно-целостной проблематики» (1984)
- «Философское учение о материи и его значение» (1986)
- «Мировоззрение и идеал» (1988)
- «Бифуркационные механизмы в становлении личности как сложности» (1990)
- «Сложность. Время. Синергетика: общетеоретический анализ проблем сложности и развития сложных систем» (1991).
“Mürəkkəblik. Zaman. Sinergetika: mürəkkəblik və mürəkkəb sistemlərin inkişaf problemlərinin ümumnəzəri təhlili” adlı 1991-ci ildə rus dilində çıxmış monoqrafiyası sinergetika üzrə keçmiş SSRİ məkanında ilk böyükhəcmli fəlsəifi əsər olub. Bu kitabda formulə edilmiş və diqqət mərkəzinə alınmış bir çox anlayış və problemlər, ideya və prinsiplər bu gün də aktual olaraq maraq doğurmaqdadır. Məsələn: tarazlıq vəziyyətinin qeyri-vahidliyi, keçid dövrünün mərhələliyi, səbəb-nəticə ələqələrinin kvantlanması (paylanması), ictimai transformasiyada aktorların fəaliyyət kogerentliyi, imkan və ehtimalların divergensiyası şəraitində özünü reallaşdırma, fluktuasiyaların (təlatümlərin) sönməsi, möhkəmlənməsi və yayılması, zaman daxilində mürəkkəbləşmə və formayaradıcılıq, polibifurkasiya vəziyyətlərində özünütəşkilatlandırma, zaman-məkanda lokallaşma, sosial entropiyadan mühafizə problemləri; mərhələli optimallaşdırma, zəruri məhdudiyyət (qadağa), müxtəliflik vasitəsilə birliyə (vahidliyə) nailolma, özünütəşkil prosesində fokuslaşma (hədəflənmə) və geridönməzlik prinsipləri və s.
Əsas elmi əsərləri
redaktə
- Монография «Соотношение категорий и принципов системно-целостной проблематики». Баку,1984;
- Методическое пособие: «Философское учение о материи и его значение». Баку,1986; Монография «Бифуркационные механизмы в становлении личности как сложности». Госбюд. НИР кафедры, депонир. во ВНИИ центр. Москва, 1988, № 02910050031;
- Монография «Mировоззрение и идеал». Госбюд. НИР кафедры, депонир. во ВНИИ центр. Москва, 1988, № 02890041894;
- Монография «Сложность Время. Синергетика: общетеоретический анализ сложности и развития сложных систем». Баку, 1991;
- Tematik elmi toplu “Keçid dövründə Azərbaycan cəmiyyətinin inkişafının sosial-fəlsəfi problemləri” (həmmüəllif və baş redaktor). Bakı, 1996;
- Tematik elmi toplu “Azərbaycanda yeniləşmə prosesinin sosial-fəlsəfi problemləri” (həmmüəllif və baş redaktor). Bakı, 1998;
- Tematik elmi toplu “Siyasətin fəlsəfi problemləri” (həmmüəllif və baş redaktor). Бакы, 1998;
- Tematik elmi toplu “Sosial-siyasi problemlər” (həmmüəllif və baş redaktor). Bakı, 1998;
- Monoqrafiya “Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə (ümumnəzəri sinergetik təhlil)”. Bakı, 1998;
- Тematik elmi tоplu “Sosial-siyasi və fəlsəfi problemlər” (həmmüəllif və baş redaktor). Bakı, 1999;
- Тematik elmi tоplu “Müasir mərhələdə sosiohumanitar elmlərin qnoseoloji və metodoloji problemləri” (həmmüəllif və baş redaktor). Bakı, 2000;
- Монография «Философия социально-политического оптимума: Сложность, самоорганизация, синергизм». Баку, 2000;
- Tematik elmi toplu “Müasir elm və ictimai praktika. Fəlsəfi problemlər” (həmmüəllif və baş redaktor). Bakı, 2000;
- Monoqrafiya "Keçid dövrü və yeni iqtisadi təfəkkür” (İ.S.Əsgərovla birgə). Bakı, 2001;
- Tematik elmi toplu “Vətəndaş cəmiyyətinə doğru: nəzəriyyə və reallıqlar” (həmmüəllif və baş redaktor”. Bakı, 2001;
- Tematik elmi toplu “Azərbaycan cəmiyyəti transformasiya şəraitində” (həmmüəllif və baş redaktor). Bakı, 2001;
- Tematik elmi toplu “Tolerantlıq paradiqması” (həmmüəllif və baş redaktor). Bakı, 2002;
- Monoqrafiya "İctimai inkişaf: qnoseologiya və metodologiya problemləri” (həmmüəllif). Bakı, 2003;
- Tematik elmi toplu “Cəmiyyət. İdeologiya. Təfəkkür” (həmmüəllif və baş redaktor). Bakı, 2004;
- Tematik elmi toplu “Dünya. Cəmiyyət. Fəlsəfə” (həmmüəllif və baş redaktor). Bakı, 2004;
- Tematik elmi toplu “Fəlsəfə və həyat” (həmmüəllif və baş redaktor). Bakı, 2005;
- Монография «Демократия: наличная и должная». Баку, 2005;
- Monoqrafiya "İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə". Bakı, 2006;
- Монография «Философия сложности». Баку, 2007;
- Монография «Общество и государство». Баку, 2007;
- Tematik elmi toplu “Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris” (həmmüəllif və elmi redaktor). Bakı, 2011;
- Tematik elmi toplu “Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya” (həmmüəllif və elmi redaktor ). Bakı, 2011;
- Tematik elmi toplu “Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar” (həmmüəllif və elmi redaktor). Baki, 2012;
- Monoqrafiya “Milli maraqlar və milli ideologiya”. Bakı, 2012;
- “İnsan haqları və ictimai rəy”. Bakı, 2013;
- Tematik elmi toplu “Cəmiyyət, din, dövlət” (həmmüəllif və elmi redaktor). Bakı, 2013;
- Tematik elmi məcmuə “Müasir fəlsəfə: İdrakın ən yeni istiqamətləri” (həmmüəllif və elmi redaktor). Bakı, 2014;
- Tematik elmi məcmuə “Mədəniyyət: postneoklassika və postmodernizm dövrü” (həmmüəllif və elmi redaktor). Bakı, 2015;
- «Философия сложности как метатеоретическая основа постнеоклассики». Баку, 2015;
- «Мир, общество, геополитика: постнеоклассическая философия и эпистемология». North Charleston, 2016;
- Tematik elmi məcmuə “Siyasətin fəlsəfəsi və müasir dünya nizamı: postneoklassik dövrün epistemologiyası” (həmmüəllif və elmi redaktor). Bakı, 2016;
- Tematik elmi məcmuə“İqtisadiyyatın fəlsəfəsi: nəzəriyyə və praktika” (həmmüəllif və elmi redaktor). Bakı, 2017;
- Monoqrafiya “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə”. Bakı. 2017.