Esref Allahverdiyev - Wikipedia
Əşrəf Gülməmməd oğlu Allahverdiyev (15 may 1904, Evoğlu, Tərtər rayonu – 6 dekabr 1983, Bakı) — ictimai siyasi dövlət xadimi, Azərbaycan SSR-in əməkdar mühəndisi.
Əşrəf Allahverdiyev | |
---|---|
Əşrəf Gülməmməd oğlu Allahverdiyev | |
Digər adı | Allahverdiyev |
Doğum tarixi | 15 may 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 6 dekabr 1983 (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Nina Karpovna |
Milliyyəti | azərbaycanlı |
İxtisası | mühəndis |
Təhsili | |
Fəaliyyəti | ictimai siyasi dövlət xadimi |
Fəaliyyət illəri | 1933-1983 |
Mükafatları | , , |
Həyatı
redaktəƏşrəf Allahverdiyev 15 may 1904-cü ildə Tərtər rayonunun Evoğlu kəndində tacir ailəsində anadan olmuş, əvvəl molla məktəbində oxuduqdan sonra Bərdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1920-1926-ci ildə Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Universitetində, 1926-1931-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almışdır. 1933-cü ilədək Moskva elmi-tədqiqat avtotraktor institutunda elmi işçi işləmişdir. 1933-1939-cu illərdə Azərbaycana qayıdaraq Kürdəmir rayonu maşın traktor stansiyasının (MTS) direktoru işləmiş sonra Amerika Birləşmiş Ştatlarına bir illik avtomexanika kursuna göndərilmişdir, Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Azərbaycan Respublikası Torpaq Komisarlığında şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.[1]
1940-1949-cu illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[2]
1949-cu ildə SSRİ Nazirlər Soveti yaninda Kür-Araz Su Qurğuları Baş İdarəsinə rəis müavini təyin edilib və 25 il bu trestdə işləyib yaratmışdır, Yuxarı-Qarabağ, Yuxarı-Şirvan, Samur-Dəvəçi, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağstafa su anbarlarının müəlliflərindəndir.[3]
Əşrəf Allahverdiyev 6 dekabr 1983-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.[4][5]
Mükafatları
redaktəƏşrəf Allahverdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib O Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif olunub, ona Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adı verilib.[6]
Ailəsi
redaktəƏşrəf Allahverdiyevin bir oğlu və bir qızı olmuşdur.
İstinadlar
redaktə- ↑ Bəhram İbrahimov, "Müqəddəs yolunyolçusu".
- ↑ B. İbrahimov, "Kişi ömrü yaşayıb Əşrəf", "İnşaatçı" qəzeti, 02.09.1997
- ↑ "Tarixdə bu gün: 15 may — Azərbaycanın dövlət xadimi Əşrəf Allahverdiyev". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- ↑ А.Г.Алахвердиев
- ↑ Ə.G.Allahverdiyev
- ↑ "ATK-nın ensiklopediyası", səh.33-34