Sotlanli Tayfa - Wikipedia
Şotlanlı (kürd. Şotlanlî) — Azərbaycanda kürddilli tayfa. Onlar Anadoludan İranın Sərab ərazisinə, yəni Şəqaqi elinə gəlmişdir. Burada yaşamış Şatiranlu oymağı şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olub. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına köç etmişlər. Ağdam və Ağcabədi rayonlarında eyniadlı kəndlər mövcuddur.[1] 23 aprel 1994-cü ildə Ağdamın Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun tərəfindən işğaldan azad edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
- ↑ "Ağdamın Şotlanlı kəndi bu gün". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-06.