Sirvan Seher Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Şirvan Tarix-Diyarşünaslıq Muzeyi — Şirvan şəhərində yerləşən tarix diyarşünasliq muzeyi. 1980-ci il aprelin 22-də təsis edilmişdir. Muzeydə 11 mindən artıq eksponat nümayiş etdirilir. Muzeyin ekspozisiyası təbiət, qədim və müasir bölmələrdən ibarətdir.[1]
Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 22 aprel 1980-ci il |
Mövzu | Tarix-diyarşunaslıq |
Ölkə | Azərbaycan |
Yerləşir | Şirvan şəhəri |
Ünvan | Heydər Əliyev, 1A, Şirvan, AZ1801 |
Direktor | Vəliyeva Gülşən |
Telefon | (+994 2121) 5-34-26 |
İş rejimi | Bazar ertəsi - Cümə, 09:00-dan 18:00- qədər |
Muzeyin tarixi
redaktə1980-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Əli-Bayramlı şəhərində (indiki Şirvan) Tarix - diyarşünaslıq Muzeyinin yaradılması haqqında sərəncam verilmişdir və 1980-ci ilin aprel ayının 22-də Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Tarix-Diyarşünaslıq muzeyi hazırda Heydər Əliyev, 1A, Şirvan, AZ1801 ünvanında yerləşir.[2] Muzeydə həm Azərbaycanın, həm də Şirvan şəhərinin tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.[3]
Muzey 1980-cı ildən 2004-cü ilin oktyabr ayınadək Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında fəaliyyət göstərmişdir. 2004-cü ilin oktyabr ayında muzey 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinə köçürülməklə uyğunlaşdırılmış şəraitdə fəaliyyət göstərməkdədir. Muzeyin ümumi sahəsi 530 kv. metrdir.[4]
Müasir dövrdə
redaktəMuzey ərazinin tarixinə dair eksponatların toplanması, qorunması, diyarşünaslıq biliklərinin elmi tədqiqi və təbliği ilə məşğul olmaqdadır. Fəaliyyət göstərdiyi müddətdə muzeydə çox zəngin eksponat fondu yaradılmışdır. Bugün muzeyin əsas fondunda 11614 eksponat qorunub saxlanılır. Muzeydə iki fond fəaliyyət göstərir: əsas və köməkçi fondlar. Əsas fondun bölmələri Arxeologiya, Numizmatika, Məişət-etnoqrafiya, Fotoşəkillər, Sənədlər, Qəzetlər, Çap məmulatı, Əlyazmalar; Videomateriallar və digər eksponatlardır.[5]
Muzeyin ekspozisiyası dörd böyük zalda yerləşdirilib. Muzeydə ən qədim eksponatları eramızdan əvvəl I minilliyin ortalarına aid gil küpə və 1960-cı ildə keçmiş Əli Bayramlı rayonunun ərazisində aşkar edilmiş mis sikkələrdən ibarət dəfinədir. Numizmatik materiallar indiki Şirvan şəhərinin Azərbaycan Atabəylər dövlətinin (1136-1225) tərkibində olmasını təsdiq edir.[6]
Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi 18 May Beynəlxalq Muzeylər Günü münasibət ilə hər il 16-18 may tarixlərində Açıq Qapı günü elan edir. Göstərilən günlərdə ziyarətçilərə ödənişsiz xidmət göstərilir.[7]
Qalereya
redaktə- ↑ "Şirvan şəhərinin mədəniyyət müəssisələri". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyi
- ↑ ŞIRVAN ŞƏHƏR TARIX - DIYARŞÜNASLIQ MUZEYI
- ↑ "Şirvan şəhərinin mədəniyyət müəssisələri". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyi ilə virtual tanışlıq[ölü keçid]
- ↑ "Şirvan şəhərinin mədəniyyət müəssisələri". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ "Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi 18 May Beynəlxalq Muzeylər Günü münasibət ilə Açıq Qapı günü elan etmişdir". 2020-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.