Sirvansahlar Bayragi - Wikipedia
Şirvanşahlar bayrağı — Şirvanşahlar dövlətinin bayraqları haqqında dəqiq məlumat yoxdur.
Bədr Şirvaninin məlumatı
redaktəŞirvanşah İbrahimin və onun oğlu I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur:[1]
Şərq şahına bax, Qərb şahının üstünə yerimək üçün almazdan qılınc, qızıldan qalxan, ləldən dəbilqə düzəldib. Qızılı bayraq ucaldıb, almaz qılıncını sıyırıb. |
"Bütün dövlətlərin kitabı"
redaktə1385-ci ilə aid anonim Kastiliyalı müəllifin kitabı olan "Bütün dövlətlərin kitabı" (isp. Libro del Conosçimiento de todos los rregnos ) Şirvan bayrağından bəhs edir. Kitabın 1350-60-cı illərdə yazıldığı güman edilir. Kitabın 4 əlyazması günümüzə gəlib çatmışdır. Qısaca "Z", "N", "R" və "S" kimi kodlanan bu nüsxələrin sonuncusu və ən genişi "S" nüsxəsidir. Həmçinin "Libro" da adlanır. 1874-cü ildə tapılmış, 1877-ci ildə Madriddə Markos Ximenez de la Espada tərəfindən yenidən yayımlanmışdır. 109 və 250-ci səhifələrdə Şirvandan "Sara dövləti" kimi bəhs edilir, paytaxtı Bakı göstərilir və İran ölkəsinin (Elxanilər) bir hissəsi olduğu qeyd olunur.[3] Mənbədə həmçinin Şirvan dövlətinin bayrağı da göstərilir. Bu bayraq ağ fon üzərində qırmızı hilal və hilalın sağ tərəfində bir qolu qırıq açar şəklindədir.[4][5] Bəzi tədqiqatçıların fikrincə Qızıl Orda bayrağının bir formasıdır.[6]
XV və XII əsr bayraqları
redaktəŞirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin direktoru Rəna Rzayevanın verdiyi məlumata görə Şirvanşahlar dövlətinin iki bayrağı məlumdur. Biri qızılı rəngli xara qumaşdandır[2]:
Şirvanşahlar dövlətinin həm XV, həm də XII əsr bayraqları ilə bağlı maraqlı tədqiqatlarımız var. Yaxın vaxtlarda dərc edəcəyimiz məqalələrlə tədqiqat işlərimizi geniş ictimaiyyətə çatdıracağıq. Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin müdiriyyəti saray kompleksinin ilkin təyinata uyğun ekspozisiyalarının qurulması, saray varidatının aşkar edilməsi məqsədi ilə qardaş Türkiyə Respublikasının muzeyləri ilə əlaqələr qurub, araşdırma işləri aparıb. Uzun illər idi ki, Şirvanşahların bayraqlarının harada olması ilə maraqlanır, onun izinə düşməyə çalışırdıq. Müxtəlif vaxtlarda apardığımız araşdırmalar heç bir nəticə verməmişdi. Araşdırmalar zamanı türk mütəxəssisləri tərəfindən orta əsr Azərbaycan dövlətlərindən birinə aid olduğu yəqin edilmiş bir döyüş bayrağı bizdə böyük maraq doğurmuşdu. Bayraq qızılı rəngli xara qumaşdandır, ucu üçkünc şəklindədir. Bayrağın CD versiyası Şərq dillərini bilən bir sıra alim və mütəxəssislərimiz: Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətova, AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya elmləri namizədi Məsihağa Məhəmmədi, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, eləcə də Bakıda fəaliyyət göstərən Qafqaz Universitetinin əməkdaşı, türk alimi, doktor Mehmet Rıxtım və digər alimlər tərəfindən araşdırılıb. Orta əsr Şərq dövlətlərinin bayraqları nəzərdən keçirilib, həm epiqrafik, həm də ornamentlər baxımından müqayisə edilib. Alim və mütəxəssislərin bayrağa dair rəyləri, uzun araşdırmaların nəticələri Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix İnstitutuna təqdim edilib. Bayrağın Şirvanşahlara aid olması həmin institutun rəhbərliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib. |
İstinadlar
redaktə- ↑ "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-memarlıq Qoruq-Muzeyi - Şirvanşahlar tarixindən Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine
- ↑ 1 2 "Palitra - "Bayrağın Şirvanşahlara aid olması təsdiqlənib"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-23.
- ↑ El Libro del Conosçimiento de todos los rregnos et tierras e señoríos que son por el mundo et de las señales et armas que han cada tierra y señorío por sy y de los reyes y señores que los proueen, escrito por un franciscano español á mediados del siglo Arxivləşdirilib 2016-08-05 at the Wayback Machine XIV (Marcos Jiménez de la Espada, 1877, Madrid)
- ↑ Yenə orada
- ↑ El Libro del Conoscimiento de todos los Regnos, Fundación José Antonio de Castro, 2005, Cild 1, səh 347-404
- ↑ Yuka Kadoi - On the Timurid Flag - Beiträge zur Islamischen Kunst und Archäologie herausgegegebenvon der Ernst-Herzfeld-Gesellschaft, 2010, səh. 149